İqtisadiyyat

Mərkəzi Bankın dolaşıq rəqəmləri: banklar qazanır, əhali yoxsullaşır

23 İyul, 2021
2790

Rəsmi səhifə

“Bunların hamısı məmur sahibkarlığından və digər sektorlarda olan inhisarçılıqdan qaynaqlanır. Banklarda bundan çox fərasətlə istifadə edirlər, əməliyyat xərclərini yalandan şişirdirlər”.

Bunu iqtisadçı Nazim Bəydəmirli Mərkəzi Bankın bank sektorunun aktivləri artdığı halda, mənfəətlərin azalması barədə yaydığı ziddiyyətli açıqlamaya şərh verərkən deyib.

Mərkəzi Bankın məlumatında bildirilir ki, bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 069,9 milyon manat təşkil edib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,8% artaraq 28 220,1 milyon manata, o cümlədən depozit portfeli 14,15% artaraq 22 125 milyon manata çatıb.

Həmçinin qeyd olunub ki, Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun aylarında 366,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,45% azdır.

Nazim Baydəmirli - Açıq mənbələrdən götürülüb

N.Baydəmirli hesab edir ki, banklar çox qazansalar da, az ödəməyə davam edirlər: “Deyirlər ki, əməliyyat gəlirləri artıb, ancaq mənfəətdən toplanan verginin faizləri azalıb. Bu o deməkdir ki, banklar vətandaşların hesabına daha da varlanır, xidmətləri daha da artır, ancaq onlar həm də bu gəlirləri müxtəlif layihələrə xərcləyərək, zərərlərini artıq göstərərək daha az vergi ödəyirlər”.  

Mərkəzi Bank məlumatına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi də artıb. Belə ki, bu rəqəm iyulun 1-nə 914,6 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 2,4% çoxdur. Qurumun məlumatında həmçinin bildirilir ki, əhaliyə verilən ipoteka kreditlərinin həcmi artıb. "İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 203,4 milyon manat ipoteka krediti verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur", - deyə xəbərdə qeyd edilib.

N.Baydəmirli problemli kreditlərin artmasını belə şərh edib:

“Problem ona görə artır ki, insanların vəziyyəti pisləşdikcə, təbii ki, qaytarılmayan kreditlərin faizi artacaq. Yəni siz istehlak krediti götürmüsünüz və onu ödəyə bilmirsinizsə, bu kredit faizi gecikirsə, deməli, qaytarılmayan kreditlərin faizi artacaq”.

Ekspert onu da qeyd edib ki, banklar ipotekaya vəsait ayırmırlar: “İpoteka kreditlərinin şərtləri o qədər çətindir ki, bunu təxminən 800 manatdan yüksək maaş alan, ailənin gəlirləri 2000 manatdan yüksək olan vətəndaşlar ödəyə bilər. Ona görə də ipoteka kreditləri büdcədən maliyyələşir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...
İqtisadiyyat

Nazirlik pulu ödənməyən pambıqçılara: “Məhkəməyə müraciət edə bilərlər”

8 Oktyabr 2026

sosial media

Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda Salyan rayonunda 100-dən çox pambıqçının sosial mediada ictimailəşdirdiyi şikayətinə cavab verib.  Pambıqçılar paylaşdıqları videomüraciətdə "Aztəsərrüfat" şirkətinə təhvil verdikləri məhsulun pulunu bir ildir ala bilmədiklərini və dövlət qurumlarının onların şikayətinə cavab vermədiyini bildirmişdi.  Nazirlik isə oktyabrın 8-də yaydığı açıqlamada qeyd edib ki, pambıq şirkətləri özəl müəssisələrdir və nazirliyin tabeliyində fəaliyyət göstərmirlər. “Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var”,...

Seçilmiş Videolar

Toplum TV loqo