açıq mənbədən götürülüb
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır.
Bu barədə məlumatı “Report” yayıb.
Bildirilir ki, müvafiq qərar aprelin 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib.
Elman Rüstəmovun əvəzinə bu vəzifəyə Taleh Kazımovun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları da müzakirəyə daxil edilib.
Məlumata görə, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib. Milli Məclis sabahkı iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında məsələyə baxılacaq.
Elman Rüstəmov 1995-ci ildən (27 il) bu vəzifəni tutur.
E.Rüstəmovun yerinə təyin olunacağı deyilən Taleh Kazımov hazırda "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktorudur. O, 2015-ci ildən bu vəzifəni tutur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”