2025-ci ildə Qarabağda tikintiyə 5 milyard manata yaxın vəsait xərclənib
Foto: president.az
2025-ci ildə Qarabağda tikinti işlərinə ümumilikdə 4 milyard 911 milyon manat xərclənib..
Bu rəqəmi Dövlət Statistika Komitəsi (DSK) açıqlayıb.
DSK-nın məlumatına görə, ən çox vəsait müvafiq olaraq Kəlbəcər (994,611,000 manat), Ağdam (740 milyon manat) və Zəngilan (731 milyon manat) rayonları üçün xərclənib.
Ötən il Azərbaycanda tikinti işlərinə ümumilikdə 16 milyard 18 milyon manat xərclənib. Beləliklə, Qarabağ üçün xərclənən vəsait ümumi vəsaitin 30.7%-ini təşkil edib.
Müqayisə üçün, 2024-cü ildə Qarabağda tikintiyə 6 milyard manata yaxın vəsait xərclənmişdi.
Müstəqil iqtisadçılar və jurnalistlər Qarabağda aparılan tikinti layihələrinin şəffaf olmadığını, dəvət olunan şirkətlərin hansı tenderlərlə seçilməsinin aydın olmadığını deyirlər.
Onların fikrincə, işğaldan azad edilmiş ərazilərdə son illərdə inşa olunan fərdi yaşayış evləri ölkənin digər bölgələrində tikilən analoji evlərlə müqayisədə daha baha başa gəlir.
2024-cü ildə prezident İlham Əliyev "Mikroskop Media"nın bu barədə sualına cavabında Qarabağda bütün bərpa işlərinin "maksimum şəffaf şəkildə aparıldığını və tender prosedurlarına tam əməl edildiyini" bildirmişdi.
Ötən ilin sonunda "Toplum TV"-yə danışan, Qarabağda tikinti işləri aparmış "Arenol Qrup" şirkətinin direktoru Tolqa Şahin isə şirkətlərə çox az pulun ayrıldığını, dövlət büdcəsindən vəsaitin mənimsənildiyini iddia etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”