Dünya

CNN: Dünyanın ən böyük kriptovalyuta birjasına tarixin ən böyük kiberhücumu edilib

30 Oktyabr, 2026
25

açıq mənbə

Dünyanın ən böyük kriptovalyuta birjası "Binance"a edilən kiberhücum nəticəsində 6,36 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlandığı deyilir. CNN telekanalının məlumatına görə, insident kriptovalyuta tarixində qeydə alınan ən böyük oğurluq hadisəsi hesab olunur.

Hadisədən sonra kriptovalyuta şirkətləri oğurlanmış vəsaitlərin izinə düşərək onların təxminən 3 milyard dollarını dondurmağa nail olublar.

"Binance" ilkin araşdırmanın nəticələrinə əsasən, hücumun şirkət mühəndislərindən birinin noutbuku vasitəsilə həyata keçirildiyini bildirib. Bu yolla hakerlər xidmət sisteminə giriş əldə edərək icazəsiz pulköçürmə əməliyyatları həyata keçiriblər.

Şirkət istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu, bütün itkiləri öz vəsaitləri və fövqəladə aktivlər fondu hesabına qarşılayacağını açıqlayıb. Təhlükəsizlik yoxlamaları aparılarkən depozit və vəsaitlərin çıxarılması əməliyyatları müvəqqəti dayandırılıb.

Bir neçə blokçeyn (bloklar zənciri) texnologiyaları araşdırma şirkəti hücumun arxasında Şimali Koreya ilə əlaqəli haker qruplaşmalarının dayandığını ehtimal edir. "TRM Labs", "Chainalysis" və Sinqapurun "Pangolin Intelligence" şirkətləri blokçeyn əməliyyatlarının təhlili əsasında bu qənaətə gəliblər. Lakin Şimali Koreyanın məsuliyyəti müstəqil şəkildə təsdiqlənməyib.

Şimali Koreya daha əvvəl də böyük kriptovalyuta oğurluqlarında ittiham olunub. 2025-ci ilin fevralında "Bybit" kriptovalyuta birjasına hücum nəticəsində təxminən 1,5 milyard dollar dəyərində rəqəmsal aktivin oğurlandığı bildirilmişdi. ABŞ və Cənubi Koreya rəsmiləri Şimali Koreya ilə əlaqəli haker qruplarının ölkəyə sanksiyalardan yayınmaq və gəlir əldə etmək üçün kiberhücumlar həyata keçirdiyini bildirirlər.

Hadisə barədə məlumat yayıldıqdan sonra “Bitcoin” və “Etherin” qiymətlərində də eniş qeydə alınıb. Daha sonra itkilərin bir hissəsi bərpa olunsa da, hər iki kriptovalyuta təxminən 2-3 faiz ucuzlaşıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo