Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr, 2026
37

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir.

Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar.

Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər.

Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”.
O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”, ölüm aclığına başlayacağını bildirib.
“Bu məsələni diqqətdə saxlayan, həmçinin məlum qərarı insan hüquqlarının pozulması kimi qəbul edərək etirazını bildirən inanclı və inancsız, hicablı və hicabsız, xalqımızın dürüst, vicdanlı hər bir fərdinə təşəkkürümüzü bildiririk”, - müraciətdə deyilir.

Yaxınları bildiriblər ki, oktyabrın 28-də Penitensiar Xidmətin qaynar xəttinə müraciət ediblər. Onlara məlumat veriləcəyi və ya Ağa-Əli Yəhyayevin özü ilə əlaqə saxlayacağı bildirilsə də, nəticə olmayıb. Onların sözlərinə görə, oktyabrın 29-da edilən zənglərə isə cavab verilməyib.

“8 gündür uşaqlar atasının səsinə həsrət qalıblar. Hər gün atalarının nə vaxt zəng edəcəyini soruşurlar, mən isə onlara nə cavab verəcəyimi bilmirəm”, - yaxınları qeyd ediblər.

Ağa-Əli Yəhyayevin həyat yoldaşı Şahanə Həsənova isə oktyabrın 21-də hicabla bağlı sosial media paylaşımlarına görə polis tərəfindən xəbərdar edildiyini bildirmişdi. Onun sözlərinə görə, Abşeron Rayon Polis İdarəsindən zəng edən şəxs məktəb qarşısında çəkib “Facebook”da paylaşdığı videoların silinməsini istəyib.

Həsənova həmin vaxt xəbərdarlıqdan sonra özünü təhlükəsizlikdə hiss etmədiyini deyib. O, hicabla bağlı məhdudiyyətlər tətbiq olunmağa başlayandan sonra övladını hər gün məktəbə apardığını və uşağın dərsə buraxılmaması ilə bağlı paylaşımlar etdiyini bildirib. “Toplum TV” məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsindən münasibət almağa çalışsa da, zənglərə cavab verilməyib.

Ağaəli Yahyayev 2023-cü il avqustun 31-də saxlanılıb. O, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub və 2024-cü ilin sentyabrında 7 il müddətinə azadlıqdan məhrum edilib. Yahyayev ittihamı qəbul etmir.
O, bundan əvvəl də 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilmiş, 15 il azadlıqdan məhrum olunmuşdu. Yahyayev 2021-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Gülmirə Aslanova: “Polad Aslanov həbsxana rəisi tərəfindən döyülüb”

30 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi və müəssisə əməkdaşının ona qarşı fiziki zorakılıq tətbiq etdiyini iddia edib. Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bu barədə oktyabrın 29-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Sahib Rzayevin qəbulundan sonra məlumat verib. Gülmirə Aslanovanın sözlərinə görə, o, Polad Aslanovla görüşünə şərait yaradılmasını istəyib. Lakin Sahib Rzayev görüşə icazə verilməyəcəyini, yalnız jurnalistin zəng edə biləcəyini deyib. Telefon danışığı zamanı Polad Aslanov oktyabrın 12-də - aclıq aksiyasına başladığı gün 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibovun otağında fiziki zorakılığa məruz qaldığını bildirib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist hadisəni belə təsvir edib: “Yeni təyin...

Seçilmiş Videolar

Toplum TV loqo