sosial media
“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb.
Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib.
“Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir.
Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə çıxış imkanı olmadan saxlanıldığı bildirilib.
“Amnesty International” Səmədovun sentyabrın 25-də Ali Məhkəmədə apellyasiya şikayətinə baxılarkən özünə xəsarət yetirdiyini xatırladıb. Həmin gün məhkəmə onun barəsindəki 15 illik həbs cəzasını qüvvədə saxlayıb.
Təşkilat uzunmüddətli təkadamlıq kamerada saxlanılma və tibbi yardımla təmin olunmama hallarının işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə biləcəyini bildirib.
Praqa Karl Universitetinin doktorantı Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Bakıda saxlanılıb. O, dövlətə xəyanətdə ittiham olunaraq 2025-ci il iyunun 23-də 15 il müddətinə azadlıqdan məhrum edilib.
“Amnesty International” Səmədova qarşı cinayət təqibinin onun dinc fəallığı, Ermənistanla dialoqu müdafiə etməsi və Qarabağdan etnik erməni əhalinin köçürülməsini tənqid etməsi ilə bağlı olduğunu bildirib. Təşkilat ittihamların siyasi motivli olduğunu və cinayəti təsdiqləyən etibarlı sübutların açıq şəkildə təqdim edilmədiyini qeyd edib.
Təşkilat Azərbaycan hakimiyyətini Səmədovu dərhal azad etməyə, o azad edilənədək təkadamlıq kamerada saxlanılmasına son qoymağa, təcili tibbi yardımla təmin etməyə və həbsdə gördüyü rəftarla bağlı effektiv araşdırma aparmağa çağırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb