açıq mənbə
Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb.
Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir.
“Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib.
Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər.
Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr bunu “əlaqələndirilmiş addım” kimi qiymətləndirib.
“Bankların bunu daxili korporativ qaydalar əsasında etdikləri barədə izahları heç kəsi inandırmayacaq. Bunlar dövlətin repressiv aparatı, hər təşkilata nüfuz etmiş Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən müəyyənləşdirilən xarici qaydalardır”, - redaksiya bəyan edib.
“Novaya qazeta” 1993-cü ilin aprelində yaradılıb. Nəşr həmin vaxtdan müxtəlif araşdırmalar və reportajlar dərc edib, materiallarının mühüm hissəsi insan hüquqları pozuntularına həsr olunub.
2022-ci il sentyabrın 5-də Rusiya məhkəməsi “Novaya qazeta”nın çap versiyasının lisenziyasını ləğv edib. Bir gün sonra nəşrin “Novaya rasskaz-qazeta” adlı layihəsinin qeydiyyat şəhadətnaməsi, sentyabrın 15-də isə saytı üzrə media lisenziyası geri alınıb.
Rusiya hakimiyyəti 2026-cı ilin sentyabrında “Novaya qazeta”nı “xarici agent” elan edib. Nəşrin məlumatına görə, redaksiyanın 100-dən çox jurnalist və müəllifi bu siyahıya daxil edilib.
“Beş ilə yaxındır ki, xüsusi xidmət orqanlarının tam mühasirəsində işləyə bilmişdik. İndi isə hər şey bitdi. Biz özümüzü ‘öldürülmə zonasında’ tapdıq”, - bəyanatda deyilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb