Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr, 2026
21

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib.

Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib.

“Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib.

Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

Şimali Koreya Ukraynada müharibə başlayandan sonra Rusiya ilə hərbi əməkdaşlığını genişləndirib. Pxenyanın Moskvaya böyük həcmdə artilleriya sursatı və raket göndərdiyi, Cənubi Koreya kəşfiyyatının hesablamalarına görə isə Rusiyaya dəstək üçün cəbhəyə təxminən 15 min hərbçi yolladığı bildirilir.
İddialara görə, Rusiya bunun müqabilində Şimali Koreyaya maliyyə yardımı, hərbi texnologiyalar və təhlükəsizlik zəmanəti verir.

Mertsin səfərindən qısa müddət əvvəl Şimali Koreya Yapon dənizi istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb.

Almaniya kansleri iki Koreya arasındakı silahsızlaşdırılmış zonaya səfər etməyi planlaşdırır. Merts görüş zamanı Koreya yarımadasında yenidən birləşməyə ümid etdiyini də bildirib.

Almaniya iki ildir Koreya yarımadasındakı atəşkəsə nəzarət edən ABŞ-nin rəhbərlik etdiyi BMT Komandanlığının (UNC) üzvüdür. 2025-ci ildən bölgədə Almaniya Silahlı Qüvvələrinin əlaqələndirici zabiti fəaliyyət göstərir. Bu ildən etibarən Almaniyanı UNC-də əlavə olaraq bir kiçik zabit də təmsil edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...
Dünya

Mask ABŞ-dəki aralıq seçkilərə 445 milyon dollardan çox vəsait ayırıb

30 Oktyabr 2026

sosial media

Amerikalı iş adamı Elon Mask 2026-cı il ABŞ-də Konqresə aralıq seçkiləri üzrə kampaniyalara 445 milyon dollardan çox vəsait ayırıb. CNN-in məlumatına görə, bu məbləğ onu müasir ABŞ siyasi tarixində açıqlanmış ən böyük fərdi donor edib. Oktyabrın ortalarınadək federal seçki komitələrinə yönəldilən ianələrin həcmi Konqresə son aralıq seçkilərində ən böyük məlum fərdi donor olan Corc Sorosun 2022-ci ildə kənar siyasi qruplara verdiyi təxminən 177 milyon dollardan iki dəfədən çoxdur. Vəsaitin təxminən 216 milyon dolları onun siyasi fəaliyyətinin əsas mərkəzi sayılan “America PAC”a yönəldilib. Federal Seçki Komissiyasının məlumatlarına əsasən, bu komitə payızda keçiriləcək 40-dan çox Nümayəndələr Palatası və Senat seçkisi üzrə kampaniyalarda...

Seçilmiş Videolar

Toplum TV loqo