İqtisadiyyat

Mərkəzi Bank: Geosiyasi gərginliklə bağlı inflyasiya yüksəlib

17 Fevral, 2025
290

Toplum TV/kollaj

"Əgər siz məndən soruşsanız ki, geopolitik vəziyyətin nəticələri nədir? Gördüyümüz odur ki, inflyasiya yüksəlib və biz gərginliklərə dair qeyri-müəyyənliklə üzləşirik”.

Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələri barədə danışarkən belə deyib.

AMB sədri bu barədə Ər-Riyadda keçirilən "İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün Əl-Ula" adlı konfransda çıxışında danışıb.

“Maliyyə infrastrukturundakı dəyişikliklər, rəqəmsal valyutaların istifadəsi və platformalarının yüksəlişi ilə bağlıdır"- AMB sədri deyib.

Taleh Kazımov Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələrini isə inflyasiya, beynəlxalq hesablaşmaların transformasiyası, rəqəmsal aktivlər və milli valyutalardan istifadənin artması, həmçinin beynəlxalq tənzimləyici tələblərə uyğunluğun vacibliyi ilə əlaqələndirib.

Ötən ilin noyabrında Milli Məclisdə gələn ilin büdcə zərfi layihələri müzakirə olunarkən Mərkəzi Bankın sədri qarşıdakı illərdə də manatın məzənnəsinin sabit saxlanılacağından bəhs etmişdi.

"Gələn il, o biri il üzən (sərbəst) məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də, büdcə və ortamüddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1.7 məzənnə proqnozlaşdırılıb. Ortamüddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin olunması üçün əlverişli hesab edirik", - T.Kazımov bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Kartlardan pul oğurluğu: Banklar nə qədər günahkardır?

7 May 2025

Toplum Tv

Azərbaycanda son həftələrdə bank kartlarından dələduzluq yolu ilə pulların oğurlanması halları artıb. Daxili İşlər Nazirliyi hər gün “fişinq” deyilən İnternet fırıldaqçılığından zərər çəkən vətəndaşların sayını və onlara dəyən zərərin miqdarını dərc edir. Məsələn, 3 və 4 may tarixlərində 33 vətəndaşın kartlarından ümumilikdə 46757 manat pul oğurlanıb.  Bu barədə nazirliyin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. O bildirib ki, vətədaşlar kartlarının üzərindəki CVV/CVC və ya OTP kodlarını müxtəlif kiber üsullarla dələduzluq edən şəxslərə veriblər və polis bu faktların hər biri ilə bağlı araşdırma aparır. Hacıyev qeyd edib ki, kartından 10010 manat oğurlanan bir şəxsə xarici nömrədən zəng edən dələduz özünü...
İqtisadiyyat

Dünya Bankı: Yüksək gəlirli ölkəyə çevrilməkçün Azərbaycana 1 əsrdən çox zaman lazımdır"

2 May 2025

açıq mənbədən götürülüb

Dünya Bankının hesabatına görə, indiki şərtlərdə yüksək gəlirli ölkəyə çevrilməsi üçün Azərbaycana 100 ildən çox zaman lazımdır. Bu barədə hesabata istinadən iqtisadçı Rövşən Ağayev “Facebook”da məlumat yayıb. İqtisadçı bildirib ki, məlumat qurumun sahibkarlığın inkişafı, texnologiyaların və innovasiyaların tətbiqi vasitəsilə artımın sürətləndirilməsinə dair hesabatında yer alıb. Hesabata görə, yüksək gəlirli ölkəyə çevrilməsi üçün Gürcüstana 30 ilə yaxın,  Ermənistana isə 20 ilə yaxın zaman lazımdır. “Qazaxıstan isə üçün bu müddət 30 ildən bir qədər çox, Türkiyə üçün isə 30 ildən az proqnozlaşdırılır”, hesabatda bildirilir.

Seçilmiş Videolar

Toplum TV loqo