İqtisadiyyat

Rusiya Azərbaycan almasına qoyulan qadağanı ləğv etdi

5 fevral, 2021
1113

FED.az

Azərbaycanın daha 28 müəssisəsinə Rusiyaya alma ixrac etməyə icazə verilib.

Bu barədə fevralın 5-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") verilən məlumatda bildirilib.

Məlumata görə, 8 fevral tarixindən etibarən Azərbaycanın daha 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan qadağalar ləğv ediləcək.

Bundan əvvəl həmin icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi.

Hazırda 38 Azərbaycan müəssisəsinin Rusiyaya alma ixrac etməyə icazəsinin olduğu bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Terminal ödənişlərində 500 manatdan artıq məbləğ üçün şəxsiyyət təsdiqi tələb oluna bilər

17 noyabr 2026

sosial media

“MilliÖn” terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürməsi həyata keçirən şəxslərdən rəqəmsal identifikasiya tələb olunacağı deyilir. Yerli medianın məlumatına görə, istifadəçilər şəxsiyyətlərini “Bir ID”, “SİMA” və ya “MyGov” platformaları vasitəsilə təsdiqləməlidirlər. “Bir ID” ilə təsdiqləmə “Birbank” tətbiqi üzərindən də mümkündür. Bunun üçün istifadəçi terminalda xidməti və ödəniş məbləğini seçdikdən sonra ekranda yaranan QR-kodu müvafiq mobil tətbiqlə skan etməlidir. Təsdiqləmə tamamlandıqdan sonra əməliyyatı həyata keçirmək mümkün olacaq. Bununla yanaşı, 2027-ci il yanvarın 1-dən manatla 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirlərinə tətbiq edilən tam vergi azadolmasının müddəti başa çatır. Hazırda belə depozitlərin faiz gəlirlərinin...
İqtisadiyyat

Azərbaycanda fermerlər üçün tam vergi güzəştləri 2027-dən ləğv oluna bilər

9 noyabr 2026

sosial media

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad edilməsi qaydasının ləğvi təklif olunur. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı məlumat verib. Təkliflər qəbul olunarsa, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarına gəlir və mənfəət vergisi üzrə 5 il müddətinə 90 faizlik güzəşt tətbiq ediləcək. Bu halda fermerlərin vergiyə cəlb olunan gəlirinin və ya mənfəətinin 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq. Güzəştdən yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan və gəlirini və ya mənfəətini vergi bəyannaməsində göstərən...

Seçilmiş Videolar

Toplum TV loqo