Foto: AFP/Getty Images
Seulun Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolu ədalət mühakiməsinə mane olmaqda təqsirli bilib və onu 5 il azadlıqdan məhrum edib.
Bu barədə yerli media məlumat yayıb. Prokurorluq onun üçün 10 il həbs cəzası tələb edirdi.
Məhkəmənin qərarına görə, Yun Sok Yol 2025-ci ilin yanvarında saxlanılmasına mane olub. O, həmçinin parlament hərbi vəziyyəti ləğv etdikdən sonra bu rejimlə bağlı yenidən işlənmiş fərmanı tərtib edib və sonradan məhv edib. Bundan başqa, hərbçilərin istifadə etdiyi telefonlardakı qeydlərin silinməsi barədə göstəriş verib.
Hökm sabiq prezidentin həbs müddətinin bitməsinə iki gün qalmış elan olunub. Onun vəkilləri bildirirdilər ki, bu iş üzrə qərar hərbi çevrilişə cəhdlə bağlı işdən sonra verilməlidir. Lakin məhkəmə bu tələbi qəbul etməyib.
Yun Sok Yola qarşı ümumilikdə səkkiz cinayət işi açılıb. Bu işlər hərbi vəziyyətin tətbiqinə cəhd, həyat yoldaşının mümkün korrupsiya əməlləri və 2023-cü ildə bir dəniz piyadasının ölümü ilə bağlıdır. Bu həftənin əvvəlində prokurorlar hərbi çevriliş işi üzrə onun ölüm cəzasına məhkum edilməsini də tələb ediblər.
Yun Sok Yol hərbi vəziyyətin tətbiqini ölkə daxilində Şimali Koreya tərəfdarlarına qarşı mübarizə ilə əsaslandırmışdı. Onun imzaladığı fərman siyasi partiyaların fəaliyyətini, etiraz aksiyalarını və tətilləri qadağan edirdi. Sənəd senzuranın tətbiqini və ölüm hökmü çıxarmaq səlahiyyəti olan hərbi tribunalların yaradılmasını da nəzərdə tuturdu. Lakin bu fərman cəmi altı saat qüvvədə qalıb. Həmin vaxt deputatlar parlament binasına hərbçilər yaxınlaşarkən sənədin ləğvinə səs veriblər.
2024-cü ilin dekabrında parlament Yun Sok Yola impiçment elan edib. 2025-ci ilin yanvarında istintaq orqanları onu saxlaya bilmədikdən sonra məhkəmə barəsində həbs qətimkan tədbiri seçib. Fevralda o, apellyasiya şikayəti verib və martın əvvəlində azadlığa buraxılıb. Lakin iyul ayında istintaq sübutların məhv edilə biləcəyini əsas gətirərək onu yenidən həbs edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: açıq mənbə
Foto: açıq mənbə
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb