Ərəstun Oruclu və Altay Göyüşov barəsindəki işlər üzrə istintaq başa çatıb
Foto/kollaj: Toplum TV
ABŞ-də yaşayan siyasi şərhçi Ərəstun Oruclunun ittiham olunduğu cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu barədə Baş Prokurorluğun müraciəti dekabrın 2-də İctimai Televiziyada səsləndirilib.
Dekabrın 3-də isə Fransada yaşayan tarixçi Altay Göyüşov barəsindəki cinayət işi üzrə istintaqın başa çatdığı xəbəri verilib.
Baş Prokurorluq Ə.Orucluya dekabrın 9-dan, A.Göyüşova isə 10-dan "cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağını" bildirib.
Qurum xəbərdarlıq edib ki, sözügedən şəxslər istintaqa gəlməyəcəkləri təqdirdə barələrindəki cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barələrində qiyabi hökm çıxarıla bilər.
Ə.Oruclu və A.Göyüşov Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Onlar barəsində cinayət işi hələ fevralda açılsa da, Baş Prokurorluq bunu yalnız ötən ay ictimailəşdirib.
Təqsirləndirilən şəxslərin müxtəlif "YouTube" kanallarında Azərbaycanda "qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar etdiyi" iddia olunur.
Özləri isə ittihamları rədd edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”