Foto: açıq mənbə
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya könüllü qoşulan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaq.
APA-nın xəbərinə görə, bu, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin noyabrın 12-də keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Hazırki qanunvericiliyə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan çağırılan və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə könüllü daxil olan zabitlər üçün isə 3 ilə qədərdir.
Dəyişikliyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında könüllü daxil olan Azərbaycan vətəndaşları üçün bu müddət 1 il, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə 3 ilədək olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”