Toplum TV
Mayın 21-də Ali Məhkəmədə həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun qapalı rejimli həbsxanaya köçürülməsindən verdiyi şikayət üzrə proses keçirilib.
Sülh fəalı çıxışını vəfat etmiş fəallar Mehman Qələndərov, Bayram Məmmədov və Elbəyi Kərimliyə həsr edib. O deyib ki, M.Qələndərov və E.Kərimli həbsxanada intihar həddinə çatdırılıb, B.Məmmədov da işgəncələr nəticəsində stres yaşayıb.
B.Səmədov siyasi motivlərlə həbs olunduğunu, buna görə də akademik fəaliyyətindən məhrum edildiyini əlavə edib.
Hakimlər ona çıxışını bu barədə davam etdirməyə imkan verməyib, əks halda prosesdən kənarlaşdırılacağı ilə hədələyib. B.Səmədov çıxışına vəsatətindən danışmaqla davam edib.
O bildirib ki, qapalı rejimli həbsxanada qalmaq onun səhhətinə, xüsusilə gözlərinə ziyandır. Onun sözlərinə görə, onu bu vəziyyətdə saxlamaqda məqsəd onu akademik və siyasi fiqur kimi sıradan çıxarmaqdır.
B.Səmədov çıxışının sonunda ona dəstək olanlara təşəkkür edib, çıxışını "Yaşasın sülh və demokratiya" sözləri ilə bitirib.
Məhkəmə onun şikayətini təmin etməyib.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin qərarı ilə B.Səmədov 1 illik Umbakı Penitensiar Kompleksinə köçürülüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb