Məhkəmə

Ali Məhkəmə keçmiş diplomatı həbsdə saxladı 

26 Fevral, 2026
332

Foto: VOA

Ali Məhkəmə keçmiş diplomat və hökumət tənqidçisi Emin İbrahimov barəsindəki məhkəmə hökmünü qüvvədə saxlayıb. 

"Report"un xəbərinə görə, fevralın 25-də Ali Məhkəmədə keçirilən iclasda E.İbrahimovun kassasiya şikayətinə baxılıb, şikayət təmin edilməyib və əvvəlki instansiyaların hökmü dəyişməz qalıb. 

Onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi 7 il azadlıqdan məhrumetmə cəzası vermişdi. 

E.İbrahimov 2024-cü il iyulun 24-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri üzrə ittiham irəli sürülüb. 

Cinayət işində iddia olunub ki, keçmiş diplomat bir şəxsə bıçaqla xəsarət yetirib. 

Özü isə işi qurama adlandırıb və tənqidi fikirlərinə görə həbs olunduğunu deyib. 

Emin İbrahimov 2007-2020-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində və Uruqvaydakı nümayəndəliyində diplomat kimi çalışıb. 

O, 2020-ci il martın 13-də Azərbaycanda "seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq" Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb. 

E.İbrahimov Azərbaycan hökumətinin fəaliyyətini, xüsusilə xarici siyasətini tənqid etməsi ilə tanınır.

Azərbaycanda son illər bir neçə siyasi fəal başqa şəxslərə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunublar, özləri isə bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmələrində bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək bıçaqlanma görüntüsü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Zamin Salayev və Kənan Zeynalov, jurnalist Əhməd Məmmədli, işçi hüquqları fəalı Afiəddin Məmmədov və siyasi fəal Samir Aşurov da var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo