Məhkəmə

Avropa Məhkəməsi Rüfət Səfərova görə Azərbaycan hökumətini 5 min avro cərimələyib 

17 Fevral, 2026
265

Foto: sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hazırda həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun şikayəti əsasında Azərbaycan hökumətinə qarşı qərar verib. 

Məlumatı jurnalisti bu işdə təmsil edən vəkillərdən biri Fariz Namazlı yayıb.

AİHM fevralın 17-də R.Səfərovun 2016-cı ildə rüşvət ittihamı ilə həbs olunmasından verdiyi şikayətə baxıb. 

Hüquq müdafiəçisi ərizəsində həmin vaxt saxta sübutlar əsasında məhkum edildiyini bildirib. O əlavə edib ki, ittihamlara etiraz etmək və öz lehinə sübut təqdim etmək imkanı verilməyib, yerli məhkəmələr isə arqument və müraciətlərini kifayət qədər əsaslandırmadan rədd edib.

AİHM qərarında qeyd edib ki, ərizəçi ona qarşı irəli sürülmüş sübutların etibarlılığına etiraz etməyə çalışıb, lakin yerli məhkəmələr bu arqumentləri və onları dəstəkləyən sübutları, eləcə də ərizəçinin müvafiq müraciətlərini nəzərə almayıb. 

Məhkəmə hesab edib ki, ərizəçiyə qarşı istifadə olunan sübutların etibarlılığı yerli məhkəmələr tərəfindən yoxlanılmadığı üçün onlara verilən qiymət icraatın ədalətliliyi ilə bağlı ciddi suallar doğurur.

Bununla da, məhkəmə iş üzrə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinin pozuntusunu tanıyıb. 1-ci bənddə hər kəsin müstəqil və qərəzsiz, qanunla yaradılmış məhkəmə tərəfindən ağlabatan müddət ərzində ədalətli və açıq məhkəmə araşdırması hüququna malik olduğu göstərilir. 3-cü bənddə isə deyilir ki, cinayət əməlində təqsirləndirilən şəxslərə ittiham aydın dildə izah olunmalıdır, onlar öz seçdikləri və ya dövlət hesabına vəkillə, o cümlədən digər hüquqlarla təmin olunmalıdırlar.

Məhkəmə Azərbaycan hökumətinin ərizəçiyə mənəvi zərərə görə 4000, hüquqi xərclərə görə 1000 avro təzminat ödəməsinə qərar verib. 

R.Səfərov 2015-ci ilin dekabrında Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdikdən sonra rüşvət ittihamı ilə həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

R.Səfərov 2019-cu ildə həbsdən çıxdıqdan yenidən həbs edilənə kimi hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. 

2024-cü il dekabrın 3-də yenidən saxlanılan Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

O, ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo