Foto: sosial media
ABŞ-də yaşayan siyasi şərhçi Ərəstun Orucluya qiyabi olaraq 8 il həbs cəzası verilib.
APA-nın xəbərinə görə, fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.
Ə.Oruclu Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə təqsirləndirilib.
Cinayət işində iddia olunur ki, Ə.Oruclu 2023-2024-cü illərdə "YouTube" platformasında "Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar" edib.
Azərbaycan hakimiyyəti 2025-ci ildə xaricdə yaşayan 24 tənqidçisinə qarşı cinayət işləri açıb. Onların bəziləri barədə yerli məhkəmələr artıq qiyabi hökmlər çıxarıb.
Avropa Parlamenti dekabrın 18-də Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsində hakimiyyətin siyasi motivlərlə tənqidçilərinə qarşı cinayət işləri açdığını qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”