Fazil Qasımov: “Qubad İbadoğlunun saxta pul verdiyi iddia edilən vərəq cinayət işinin materiallarından yoxa çıxıb”
Foto/kollaj: "Toplum TV"
Həbsdə olan iqtisadçı Fazil Qasımov ittiham olunduğu cinayət işindəki maddi sübutlarla tanış olmaq üçün vəsatət verib.
Yaxınlarının ”Toplum TV"-yə verdiyi məlumata görə, vəsatət əsasında Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçının və vəkilinin iştirakı ilə iclas keçirilib.
F.Qasımov bildirib ki, cinayət işində iqtisadçı Qubad İbadoğlunun Anar Əliyev adlı şəxsə "Şeyda" adlı kitabın arasında 1000 ABŞ dolları məbləğində saxta pul verdiyi və bunun Daxili İşlər Nazirliyinə məxsus təhlükəsizlik kamerasına düşdüyü iddia olunur. O, həmin videogörüntü ilə tanış olmasını istəyib.
Lakin F.Qasımovun sözlərinə görə, həmin iddia cinayət işi materialının 4-cü cildinin 54-cü vərəqində qeyd olunsa da, iclasda həmin vərəqin "yoxa çıxdığı" məlum olub: "53-cü vərəqdən sonra birbaşa 55-ci vərəq gəlir". Buna görə də, iddia olunan videogörüntüyə baxış keçirilməyib.
F.Qasımov bunun onun saxta ittihamla həbs olunduğunu sübut etdiyini deyir.
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham olunub.
Özü isə ittihamı rədd edir.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O da ittihamları rədd edir.
2024-cü ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”