Məhkəmə

Məhəmməd Mirzəliyə qarşı sui-qəsd planında ittiham olunan şəxsə 30 il həbs verilib

11 İyun, 2026
506

Sosial media

İyunun 10-da Fransanın Renn Xüsusi Andlılar Məhkəməsi bu ölkədə yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə hökm çıxarıb. İş üzrə mütəşəkkil cinayətkar dəstənin tərkibində qətl cəhdində ittiham olunan 9 nəfər mühakimə edilib.

M.Mirzəlinin “Qəzetçi”yə dediyinə görə, məhkəmə hücumun təşkilatçısı hesab edilən və ona bıçaqla xəsarət yetirən Emin Qasımovu 30 il müddətinə azadlıqdan məhrum edib.

Hadisədə iştirak edən digər təqsirləndirilən şəxslərdən Rövşən Qocayev 25 il, Mehrac Zərbəliyev 18 il, Emin Zamanzadə 15 il, Rza Məlikov isə 13 il müddətinə azadlıqdan məhrum olunub.

İş üzrə mühakimə olunan Xəzər Xankişiyev, Ramil Sultanov və Çingiz İbrahimovun hər biri 5 il həbs cəzası alıb.

Məhkəmə Faiq Paşazadə barəsində isə bəraət hökmü çıxarıb. İstintaq materiallarına əsasən, onun hücumda iştirak edən şəxsləri evində saxladığı iddia olunsa da, saxta sənəd hazırlanmasına köməklik göstərməsi ilə bağlı ittihamlar məhkəmədə təsdiqini tapmayıb.
Hökm çıxarılan şəxslərin Fransaya girişinə ömürlük qadağa qoyulub. Qiyabi olaraq 25 il həbs cəzası verilən Rövşən Qocayev isə beynəlxalq axtarışa verilib.

Fransada siyasi sığınacaq alan Məhəmməd Mirzəli Azərbaycan hakimiyyətinin tənqidçisi kimi tanınır. Mirzəli 2021-ci il martın 14-də yaşadığı Nant şəhərində naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bloger bildirirdi ki, bundan əvvəl də ona qarşı odlu silahla hücum cəhdi olub.

O, hər iki hadisənin arxasında Azərbaycan hakimiyyətinin dayandığını iddia edir. Azərbaycan rəsmiləri isə bu iddialarla bağlı ictimai açıqlama verməyiblər.

Məhəmməd Mirzəli Azərbaycanda qiyabi olaraq 6 il 6 ay həbs cəzasına məhkum edilib.

Ona qarşı kütləvi iğtişaşlarda iştirak və hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamları irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo