Foto: sosial media
Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsində sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülməsi haqda qərardan şikayətinə baxılıb.
İctimai fəal Əmrah Təhməzovun məlumatına görə, Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə fəalın şikayəti təmin olunmayıb.
B.Səmədov, həmçinin, bir neçə vəsatət qaldırıb. O, məhkəmə prosesində çəkilişin aparılmasını, Ombudsman Aparatı işçilərinin dindirilməsini və psixoloji vəziyyətinin müayinəsi üçün ekspertiza keçirilməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.
B.Səmədov Umbakı həbsxanasına köçürülməsindən verdiyi şikayətlə bağlı çıxışında dəri xəstəliyindən əziyyət çəkdiyini və buna görə qapalı şəraitdə qala bilmədiyini söyləyib.
O, məhkəmənin qərarından sonra müddətsiz aclığa başladığını elan edib.
Ötən il dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında B.Səmədovun 1 illik Umbakı Penitensiar Kompleksinə köçürülməsinə qərar verilib.
B.Səmədovun yeganə ailə üzvü, 82 yaşlı nənəsi Zibeydə Osmanova daha öncə bildirib ki, Umbakıya gedib-gəlmək onun yaşı və səhhəti üçün əlverişli deyil. O, həmçinin, nəvəsinin günahsız olduğunu və azadlığa çıxmalı olduğunu deyir.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”