Məhkəmə

Müdafiə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində rüşvət iddiaları səslənib 

23 Fevral, 2026
175

Foto: oxu.az

Müdafiə Nazirliyinin tabeliyindəki “İstirahət Evi”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, fevralın 23-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktında iddia olunub ki, İ.Haqverdiyev xidməti vəzifəsini icra edərkən “İstirahət evi”nin müxtəlif vakansiyalarına işəgötürmə üçün 500 manatdan 4800 manata qədər məbləğlərdə rüşvət alıb. 

İ.Haqverdiyev isə özünü təqsirli bilməyib. Məhkəmə prosesi şahid ifadələri ilə davam edib.

Əvvəllər “İstirahət Evi”nin maddi-texniki təminat bölməsinin rəisi olmuş, hazırda isə müəssisənin rəisi vəzifəsini icra edən Muraz Həsənov ifadə verib.

O iddia edib ki, müəssisədə müxtəlif vakansiyalar üzrə işlə təminat üçün İ.Haqverdiyev tərəfindən müxtəlif məbləğlər müəyyən edilib. 

"Məsələn, xadimə işi üçün 1000 manat, bağban üçün 1500 manat müəyyən edilmişdi. Əməkhaqqı yüksək olduqca məbləğ də artırdı. Mənə müfəttiş vakansiyası üçün 2500 manat, müqavilə uzadılması üçün 800 manat, növbə dəyişdirilməsi üçün 500 manat təqdim olunub və hamısını İlham Haqverdiyevə vermişəm. Mənə isə ümumilikdə 1000 manat çatıb”, - o deyib. 

İ.Haqverdiyevin vəkili M.Həsənovun digər şahidlərə təsir imkanının olduğunu əsas gətirərək onun tutduğu vəzifədən uzaqlaşdırılması üçün müdafiə naziri Zakir Həsənova müraciət etdiyini bildirib.

Növbəti məhkəmə prosesi martın 2-nə təyin edilib.

İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir. O, ötən ilin oktyabrında həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo