Məhkəmə

 

Ekspertiza Fazil Qasımovun adından verilmiş ərizəyə başqasının imza atdığını bildirib

5 May, 2026
243

Açıq mənbə

Müstəqil ekspertiza həbsdə olan iqtisadçı Fazil Qasımovun adından verilmiş ərizədəki imzanın ona məxsus olmadığına qərar verib. 

F.Qasımovun ailə üzvlərinin "Toplum TV"-yə dediyinə görə, iqtisadçı 2023-cü ilin sentyabrında Daxili İşlər Nazirliyinin (DİN) müstəntiqi Yusif Yusifova onun adından ünvanlanmış ərizənin ona məxsus olmadığını bildirib. Həmin ərizədə F.Qasımovun müdafiəsinə qoşulmuş vəkillərdən imtina etdiyi yazılıb. 

F.Qasımov iddia edirdi ki, ərizəyə onun adından müstəntiq özü imza atıb. Bu barədə iqtisadçının vəkilinin Alternativ Ekspertiza Mərkəzinə göndərdiyi sorğuya aprelin 14-də cavab gəlib. 

F.Qasımovun ailə üzvlərinin "Toplum TV" ilə paylaşdığı rəydə ekspert imzanın iqtisadçı deyil, başqa şəxs tərəfindən düşünülmüş formada icra edildiyini qeyd edib. 

F.Qasımov yeni ekspertiza rəyindən sonra yenidən Ali Məhkəməyə müraciət edib. İqtisadçı müdafiəçilərinin prosesdən kənarlaşdırılması ilə ibtidai istintaq dövründə hüquqlarının "kobud surətdə pozulduğunu" bildirib.

F.Qasımov buna görə saxta olduğu deyilən ərizənin yazıldığı tarixdən etibarən Y.Yusifov tərəfindən aparılmış bütün istintaq hərəkətlərinin qanunsuz hesab edilməsini və işin birinci instansiya məhkəməsinə qaytarılmasını tələb edib. 

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham olunub.

Özü isə ittihamı rədd edir. 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O da ittihamları rədd edir. 

2024-cü ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo