Məhkəmə

Rüfət Səfərov: "Özümün, ailə üzvlərimin başına elə iyrənc işlər gətirdilər.."

27 Yanvar, 2026
355

Foto: VOA

Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, prosesdə zərərçəkmiş qismində tanınan, R.Səfərovu ona xəsarət yetirməkdə ittiham edən Natiq İmanquliyev müdafiə tərəfinin suallarını cavablandırıb.

R.Səfərovun vəkillərindən biri "zərərçəkən"dən xəsarət aldığı halda, niyə müvəkkilinin əlində heç bir iz qalmadığını soruşub. N.İmamquliyev bu suala cavab verə bilməyib. 

N.İmanquliyev vəkillərin suallarına cavab olaraq deyib ki, iddia olunan insidentdən sonra xəstəxanada müayinədən keçməyib. Vəkil Elçin Sadıqov məhkəmənin diqqətinə çatdırıb ki, N.İmamquliyev tibbi müayinədən keçmədiyini etiraf etdiyi halda, onun xəsarət aldığı ilə bağlı tibbi rəy hazırlanıb.

Müdafiə tərəfinin zərərçəkmişə gəlir mənbəyi barədə sual verməsi isə prosesdə səs-küyə səbəb olub. 

Cinayət işində iddia olunur ki, N.İmanquliyev torpaq sahəsi almaq məqsədilə R.Səfərova 120 min manat pul versə də, ona nə torpaq satılıb, nə də pulu geri qaytarılıb. 

"Deyirsiniz ki, əvvəl 60 min manat verib torpaq sahəsi almısınız, sonra yenə də torpaq almaq üçün Rüfət Səfərova daha 60 min vermisiniz. Fəhlə adamsınız, qısa müddətdə 120 min manat sizdə haradan idi?", - vəkil Rövşanə Rəhimli "zərərçəkmiş"dən soruşub. 

Dövlət ittihamçısı Vüsal Mehrəliyev sualın cinayət işinə aidiyyəti olmadığını əsas gətirərək onun iş materiallarına salınmamasını istəyib. R.Səfərov buna etiraz etdikdə prokuror sualın qanunsuz olduğunu deyib. 

"Qanunsuzluq bilirsiniz nədir? Qanunsuzluq təqsirsiz adamı həbs etməkdir. Qanunsuzluq saxta ittihamı müdafiə etməkdir. Özünüz də yaxşı bilirsiniz ki, onun nəinki 120 mini, heç 120 manatı yoxdur. Mənə nəinki pul verməyib, məni heç görməyib. Yenə də bu ittihamı müdafiə etməyi özünüzə sığışdırırsınız", - deyə R.Səfərov prokurora cavab verib. 

"Bunları dəli edən budur ki, necə ola bilər, hakimiyyətin qurulmasında birbaşa xidmətləri olan bir insanın övladı ‘asi’ çıxır, etiraz edir?! Bunu mənə bağışlamadılar. 10 il ərzində dəfələrlə həbs etdilər, özümün, ailə üzvlərimin başına elə iyrənc işlər gətirdilər... Açığı, mən bu qədərini gözləmirdim", - o, çıxışında əlavə edib. 

R.Səfərovun atası E.Sabiroğlu keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi olmaqla yanaşı, Yeni Azərbaycan Partiyasının qurucularından biridir. 

2024-cü il dekabrın 3-də saxlanılan Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.O, ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləyən R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, Müdafiə Xətti insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstəriridi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo