Rüfət Səfərov: "Üzümü görməyən adamları gətirib burada yalan danışdırmağa ehtiyac yoxdur"
Foto: açıq mənbə
Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti proses keçirilib.
"Azadlıq Radiosu"nun xəbərinə görə, prosesdə bu dəfə şahid qismində tanınan daha iki nəfər dindirilib.
Cinayət işində iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq adıyla 60 min manat pul alsa da, nə torpaq satıb, nə də pulunu geri qaytarıb. İttiham aktına əsasən, buna görə 2024-cü il dekabrın 3-də N.İmanquliyev R.Səfərovun yaşadığı binanın qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib.
Şahid qismində çıxış edən şəxslər isə deyiblər ki, N.İmanquliyevin əvvəllər R.Səfərovun ailəsindən torpaq sahəsi aldığını bilirdilər, lakin ikinci dəfə torpaq sahəsi almaq istəməsi, bundan ötrü kimə və nə qədər pul verməsi barədə məlumatları yoxdur.
Müdafiə tərəfi isə şahidlərin istintaqdakı ifadələri ilə məhkəmədə söylədikləri arasında ziddiyyətlər olduğunu diqqətə çatdırıb. Şahidlər bunu istintaqdakı ifadələrini oxumadan imzalamaları ilə izah ediblər.
R.Səfərov isə çıxış edərək onu şəxsən tanımayan adamların məhkəməyə şahid kimi gətirilməsinə etiraz edib.
"Üzümü görməyən adamları gətirib burada yalan danışmağa məcbur etməyə ehtiyac yoxdur. Bu ölkədəki sistem - polis, prokurorluq, məhkəmə insanların mənəviyyatını məhv eləməklə məşğuldur. Bitirin getsin bu tamaşanı. Məni bu məhkəmə yox, günlərdir aclıq edən Tofiq Yaqublunun vəziyyəti narahat edir. Onu təsadüfən dəhlizdə gördüm, ayaqüstü zorla dayanırdı. Bir insana bu qədər zülm etmək olmaz", - o deyib.
Növbəti məhkəmə prosesi aprelin 6-a təyin olunub.
2024-cü il dekabrın 3-də saxlanılan Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.O, ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, "Müdafiə Xətti" insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”