Məhkəmə

Ülvi Həsənli: "Polisdə soruşdular ki, niyə Qarabağın azad olunmağından yox, oradakı korrupsiyadan yazırıq"

13 Mart, 2026
457

Foto: sosial media

Martın 13-də Ali Məhkəmədə “Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənlinin kassasiya şikayətinə baxılıb.

"Abzas Media"nın xəbərinə görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Vəkil deyib ki, istintaq materiallarında çoxsaylı prosessual pozuntular var.

O, buna nümunə olaraq "Abzas Media”nın ofisində aparılan axtarışda iştirak edən bir neçə nəfərin kimliyinin protokolda göstərilməməsini qeyd edib. 

“Sonradan həmin şəxslərin kimliyinin müəyyən edilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim etsək də, təmin edilmədi. Ofisdən tapıldığı iddia olunan 40 min avronun ekspertizaya göndərilməsi barədə vəsatətimiz də rədd edildi. İstintaq materialları bu kimi çoxsaylı prosessual xətalarla doludur”, - vəkil bildirib.

F.Mehdiyev məhkəmədən cinayət işinə bəraətedici əsaslarla xitam verilməsini istəyib.

Daha sonra söz haqqı alan Ülvi Həsənli bildirib ki, o və həmkarları apardıqları korrupsiya araşdırmalarına görə cəzalandırılıblar.

“Biz İlham Əliyev və onun ətrafının korrupsiya əməllərini, Qarabağda milyonlarla vəsaitin necə mənimsənildiyini, ölkə pullarının offşor şirkətlər vasitəsilə xaricə çıxarıldığını araşdırırdıq. Axırda da gətirib bizi araşdırdığımız cinayətlərdə ittiham etdilər”, - o əlavə edib. 

Ü.Həsənlinin sözlərinə görə, saxlanıldığı gün Bakı Şəhər Baş Polis İdarəsində ondan Qarabağda korrupsiya haqda araşdırmaları barədə soruşulub:

“Bizi qaçaqmalçılıq və digər maliyyə cinayətlərində ittiham etsələr də, saxlanıldığım gün Bakı Şəhər Baş Polis İdarəsində məndən niyə Qarabağın işğaldan azad olunmasından yox, oradakı korrupsiya faktlarını araşdırdığımız soruşulmuşdu. Bu, işin mahiyyətini göstərir. Biz yüksək vəzifəli məmurların əməllərini ifşa etdiyimiz üçün cəzalandırılmışıq”, - o qeyd edib. 

Prosesin sonunda məhkəmə baxışı qeyri-müəyyən müddətə təxirə salınıb.

2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo