Məhkəmə

Vardanyan: "Azərbaycan ədalətli məhkəmə apararaq həqiqi sülhə töhfə vermək şansını əldən qaçırdı" 

12 Fevral, 2026
269

Foto: açıq mənbə

Azərbaycanda həbsdə olan erməni iş adamı, Qarabağdakı keçmiş separatçı qurumda "dövlət naziri" vəzifəsi daşımış Ruben Vardanyan son məhkəmə prosesində müdafiə çıxışı etməkdən imtina edib. 

Yaxınlarının yaydığı xəbərə görə, Vardanyan məhkəməni “ədalətin təqlidi” kimi xarakterizə edib və prosesin “ədalətli məhkəmənin əsas standartlarına cavab vermədiyini və buna görə də sözün əsl mənasında məhkəmə kimi qəbul edilə bilməyəcəyini" deyib. 

Azərbaycanın hökumətyönlü mətbuatı Vardanyanın çıxışında təcridxanada Məhəmməd Füzuli və Hüseyn Cavidin əsərlərini oxuduğunu qeyd etdiyini yazıb. 

Yaxınları isə iş adamına istinadən bildirir ki, o, Füzulinin yazdıqlarının Azərbaycandan çox "Ermənistana aiddiyəti olduğunu" deyib. 

Vardanyan Füzulinin bir poemasının son misrasında deyilən “bir çörək qırıntısı üçün qul olma” sözlərini sitat gətirərək əlavə edib: “Hətta vaqon-vaqon benzinə görə də yox!". Bununla o, Ermənistanın son vaxtlarda Azərbaycandan yanacaq idxalına işarə edib.

Vardanyan davam edərək bildirib ki, "tərəflərdən biri digərinin qarşısında özünü alçaltmağa məcbur edilərsə, sülh mümkün ola bilməz və iki ölkə bərabər qonşular kimi mövcud olmalıdır." 

Bundan əlavə, o, sözünü kəsmə cəhdlərinə baxmayaraq üç dəfə bu sözləri təkrar etdiyini iddia edib: “‘Artsax’ mövcud olub, ‘Artsax’ mövcuddur və ‘Artsax’ ekzistensial mənada mövcud olacaq. O vardı, var və olacaq”.

Vardanyan Azərbaycan dövlətinin “həqiqətən uzunmüddətli sülhün təməlini qoya biləcək real məhkəmə prosesi keçirmək fürsətini qaçırdığından” təəssüfləndiyini də qeyd edib.

İş adamı 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra erməni əhalinin köçü zamanı həbs olunub.

Həmin vaxt həbs olunan, separatçı rejimin sabiq liderləri də daxil olmaqla 20-yədək şəxsin məhkəmə prosesi isə ayrılıqda aparılıb. 

Fevralın 5-də baş tutmuş həmin prosesdə məhkəmə erməni məhbuslara 15 ildən başlayaraq ömürlük məhrumetməyə qədər müxtəlif cəzalar verib. 

R.Vardanyan və digərləri Azərbaycana qarşı təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, azadlıqdan məhrum etmə, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq da daxil olmaqla 20-dən çox maddə ilə ittiham olunublar. 

R.Vardanyan daha əvvəlki ictimai açıqlamalarında ittihamları rədd edib və məhkəmə prosesini "şou" adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo