Məhkəmə

Vüqar Məmmədov: "Məni Ramiz Mehdiyevə görə tutublar, özü çöldə gəzir" 

5 May, 2026
456

Sosial media

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət TV" internet kanalının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə V.Məmmədovun vəkili Aqil Layıc müvəkkili haqqında cinayət işinə xitam verilməsi və ya onun ev dustaqlığına buraxılması haqqında vəsatət verib. 

O bildirib ki, hüquqi şəxsin müraciəti əsasında fiziki şəxsə qarşı hədə-qorxu ittihamı ilə cinayət işi başlanması aşkar qanunsuzluqdur.

Məhkəmə vəsatətləri təmin etməyib. 

Cinayət işində iddia olunur ki, V.Məmmədov "Veysəloğlu", "Azərlotereya" və "Azərsun" şirkətlərindən hədə-qorxu ilə pul tələb edib. 

İclasda çıxış edən V.Məmmədov ittihamı rədd edib. 

"Hamı bilir ki, mən Ramiz Mehdiyev işinə görə həbs olunmuşdum. Sonradan gördülər ki, mənim ona heç bir aidiyyətim yoxdur, başqa bir maddə ilə saxta ittiham verdilər. Ramiz Mehdiyevin özü çöldədir, məni onunla əlaqələndirib tutublar", - o qeyd edib. 

O əlavə edib ki, bir neçə il öncə cinayət işində adları keçən şirkətlərlə işgüzar əlaqələri olub və əgər şirkətlərin narazılığı olsaydı, həmin vaxt şikayət edərdilər.

Vüqar Məmmədov 2025-ci il oktyabrın 31-də həbs olunub. 

Baş redaktor Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.

S.Cəlaloğlu bacısı oğlunun həbsi ilə bağlı daha öncə mətbuata bildirib ki, V.Məmmədovun jurnalist fəaliyyətinə görə Prezident Administrasiyası və DTX-dən ona iradlar bildirilib. 

"Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikal olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə, Vüqar gərgin vəziyyətdə idi. Fikirlərini radikal formada ifadə edirdi. Vüqarın valideynləri də həmin çıxışlarına görə ona dəfələrlə iradlarını bildiriblər. O, ağır iqtisadi-sosial vəziyyətə düşən insanları görüb, emosional reaksiyalar verirdi", - o deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo