Məhkəmə

Bakıdakı reabilitasiya mərkəzində işgəncə iddiları: Şahidlər danışır

4 Noyabr, 2022
2227

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı reabilitasiya mərkəzinin sahibi və işçilərinin məhkəməsi şahid ifadələriylə davam edir. Söhbət narkotik asılılıqdan xilas olmaq üçün Novxanıdakı “New life” reabilitasiya mərkəzinə yerləşdirilmiş Hüseyn Məmmədovun ölümüylə bağlı qurulmuş məhkəmədən gedir. Bir neçə aydır davam edən məhkəmədə mərkəzin həbsdə olan işçiləri deyir, Hüseyn hardansa narkotik tapıb, dozadan artıq istifadə edib, xəstəxanaya götürülüb, orada keçinib. Hüseynin ailəsi isə iddia edir ki, o, mərkəzdən qaçmaq istəyərkən işçilərin işgəncələri nəticəsində ölüb.

İndiyədək gələn şahidlərin bir qismi işgəncə olduğunu, bir qismi isə olmadığını bildiriblər. Bu şahidlər arasında reabilitasiya mərkəzinin keçmiş rezidentləri və orada işləyənlər olub. Keçmiş rezidentlərin bəziləri “12 addım” Proqramı üzrə aldıqları psixoloji yardımların müsbət nəticə verdiyini, bəziləri isə heç bir fayda vermədiyini, oradan buraxılandan sonra yenə narkotikə qayıtdıqlarını bildiriblər. Məsələn, sonuncu məhkəmə iclasında mərkəzin bir neçə ay rezidenti olmuş Taleh Abdullayev şahid ifadəsində göstərib ki, proqrama əməl etməsi  nəticəsində uzunmüddətli narkotik asılılığından tamamilə xilas olub.

Hakim: Hazırda tamam sağalmısınız?

Şahid: Əlbəttə. Ətrafım bilir ki, mənimçün narkotikdən müqəddəs heç nə yox idi. Əli baltalı gəzirdim, hamı məndən qaçırdı. Ora gedəndə həyatımın kökündən dəyişəcəyinə zərrə qədər də ümidim yox idi. Ancaq bunların “12 addım” dərsləriylə tamamilə başqa adama çevrildim.

https://toplum.tv/mehkeme/sahid-dustaq-olduguma-gore-mustentiq-ne-dedise-onu-yazdim

Prokuror: İbtidai istintaqa verdiyiniz ifadədə bildirmisiniz ki, bir-biriylə yola getməyən rezidentlərin qollarını bir-birinə bağlayırdılar. Ancaq indi deyirsiniz ki, işgəncə-filan görməmisiniz.

Şahid: İşgəncə üçün bağlamırdılar. Bu, Proqramın rezidentləri barışdırmaq üçün qaydalarından biri idi.

Sonra məhkəmə şahid qismində Ürfan Ağayevi dindirib. O, ifadəsində göstərib ki, illərlə narkotik istifadəçisi olub. Vaxtaşırı müxtəlif Mərkəzlərdə reabilitasiyalar keçsə də, asılılıqdan xilas ola bilməyib. 2019-cu ildə Maştağadakı özəl reabilitasiya mərkəzləridən birində reabilitasiya keçərkən hazırda müttəhimlər kürsüsündə oturanlarla tanış olub. Deməsinə görə, onlar da həmin mərkəzdə reabilitasiya keçirlərmiş. Elə oradaca qərara gəliblər ki, çıxandan sonra özləri bir reablitasiya mərkəzi yaratsınlar: “İdeya ruslardan gəlmişdi. Çıxdıq, Orucəligil əvvəlcə Nabranda yaratdılar. Mən onlara ilyarımdan sonra qoşulmuşam. Artıq Nabrandan Novxanıya gəlmişdilər, Novxanı bağlarında iki mərkəz açmışdılar. Könüllü kimi qoşulmuşdum, rəsmi maaş almırdım. Bizim aramızda hələ Maştağadan qardaşlıq yaranmışdı, pul lazım olanda deyirdim, verirdilər.

Hakim: Siz orda nə işləyirdiz?

Şahid: Kimyəvi asılılıq üzrə məsləhətçi...

Hakim: Hüseyn Məmmədovun başına gələnlərdən nə bilirsiniz?

Şahid: Mənim ev günlərimə düşürdü, həmin günlər işdə olmamışam. Evdə olanda Hüseynin atası zəng vurdu, dedi, Hüseyn xəstəxanadadır, vəziyyəti ağırdır, bilmirsən, nədən olub? Dedim, yox dayı, mən iki gündür növbədən çıxmışam, heç nədən xəbərim yoxdur.

Hakim: Hüseynə münasibət necə idi?

Şahid: Hadisədən bir həftə əvvəl görmüşdüm, heç nədən narazı deyildi.

Prokuror: Oradan qaçanlarla necə davranırdılar?

Şahid: Görməmişəm, belə bir halla qarşılaşmamışam.

Vəkil: Rezident istədiyi vaxt ordan çıxıb gedə bilərdi?

Şahid: Heç kəsi orda məcburi saxlamırdılar. Qapı da bağlı olmurdu.

Prokuror: Tabe olmayanlara nə tətbiq olunurdu?

Şahid: Mənim gözümün qabağında elə bir hal olmayıb ki, kimsə tabe olmasın, ona necə münasibət göstərildiyini görüm.

Prokuror: İşiniz nədən ibarət idi?

Şahid: Dedim axı, kimyəvi asılılıq üzrə dərs keçirdim.

Prokuror: Bu nə vəzifə idi ki?

Şahid: Bilmirəm, rusların verdiyi proqramda olan dərslərdən biridir. Mən özümdən icad etməmişəm.

Prokuror: Hüseynlə kim məşğul olurdu?

Şahid: Orada heç bir rezidentlə fərdi məşğul olmurdular, dərslər qrup şəklində aparılırdı.

Vəkillərdən biri: Proqram haqqında nə deyə bilərsiz?

Şahid: Mən bunu sizə necə izah edim axı. Bunun üçün gərək asılılığınız olsun ki, mən sizi başa sala bilim. Proqram deyir ki, böyüyəndən sonra başqalarına da kömək elə.

Şahid sorğulanandan sonra hakim Rasim Sadıqov  növbəti məhkəmə iclasını noyabrın 15-nə təyin edib.

İttihama görə, adıçəkilən müəssisədə narmomaniyadan psixoloji müalicə alan şəxslərə işgəncə verilməsi faktları aşkarlanıb. Rezidentlərdən biri  Hüseyn Məmmədov işgəncələrdən həyatını itirib. Daha üç zərərçəkmişsə Fuad Həsənov, Kamran Əliyev, Cahangir Əliyev adlı  keçmiş rezidentlərdir.

https://toplum.tv/mehkeme/tenderden-gelen-pullar-nece-yoxa-cixib-qadin-serlendiyini-iddia-edir

“New life” reabolitasiya mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib. Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, rezidentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə həm də qanunsuz sahibkarlıq ittihamı verilib. Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanır.

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” reabilitasiya mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutaraq döyüb, ayağından asıb, 18 saat bu vəziyyətdə saxlayıblar. O, bir gün sonra xəstəxanada keçinib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Abgül Süleymanov 30 sutka həbs edilib

24 Sentyabr 2026

VOA

İlahiyyatçı Abgül Süleymanov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə “Toplum TV”yə  jurnalist Arzu Abdulla məlumat verib. Onun sözlərinə görə, Süleymanov sentyabrın 23-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunub. İlahiyyatçının yaxınları da məlumatı “Meydan TV”yə təsdiqləyiblər. “Bu gün səhər Abgül zəng etdi. Dedi ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu gün də Binəqədiyə aparılıb. İndi vəkil onunla görüşəcək. Maşınının açarı və telefonu əlindən alınıb”, - həyat yoldaşı bildirib. Yaxınları ilahiyyatçının saxlanmasını onun “Facebook”da hicabla bağlı paylaşımı ilə əlaqələndirirlər. Süleymanov həmin paylaşımda yazıb: “Əgər cürət edib məktəbli...
Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...

Seçilmiş Videolar

Toplum TV loqo