Qaynar xətt

Xəstəxanada özəl kurs açılıb? – Şikayətçi rəhbəliyin faktı gizlətdiyini deyir

3 Noyabr, 2022
2462

Açıq mənbələrdən götürülüb

“Həyat yoldaşım Nərgiz Babayeva tibb kursunu bitirib, ancaq ona heç yerdə iş tapa bilmirik, vəziyyətimiz çətindir”.

Bunu Ucar rayon sakini Rahib Babayev Toplum TV-nin qaynar xəttinə deyib. Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Nərgiz Babayeva ödənişli əsaslarla Ucar rayonunda “Bilik dünyası MMC” adlı tibb kursunu bitirib. Ancaq həmin kursun diplomu indi heç bir işə yaramır:

““Bilik dünyası MMC” Ucar rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərib. Həyat yoldaşım da həmin kursda 2016-2017-ci illərdə ödənişli təhsil alaraq diplom alıb. Aya 50 manat ödəniş edirdik. İndi həmin kurs bağlanıb. Bağlanma səbəbini bilmirəm. Ola bilər, xəstəxana ilə aralarında problem yaranıb. Onun tibb bacısı kimi işlə təmin edilməsi üçün rayon mərkəzi xəstəxanasına, məşğulluq idarəsinə, hətta prezidentə belə müraciət etdik. Ucar rayon Mərkəzi Xəstəxanasından bizə dedilər ki, özəl kursu bitirənləri işə götürmürük. Əgər özəl kursu bitirənlər işə götürülməyəcəkdisə, o zaman  həmin kursun fəalliyyətinə niyə icazə vermişdilər?! Bu kursdan müəyyən qədər xeyir də götürənlər oldu.

Məşğulluq Agentliyindən isə dedilər ki, növbənizi gözləyin. 1 ildən çoxdur ki, növbəyə durmuşuq. 3 az yaşlı övladım  və yaşlı anam var. Evimizə gələn tək gəlir anamın pensiyasıdır. O da onun dərmanına ancaq çatır. Bu pulla yaşamaq olar? Fəhləlik işi olanda gedib işləyirdim. Bu yaxınlarda Ucar rayon Məşğulluq idarəsindən mənə mağazada gözətçi işi verdilər. Qəpik-quruşla 3 azyaşlı uşağa necə baxaq?!

Ucar rayon Mərkəzi Xəstəxanasının İnsan Resursları şöbəsinin müdiri Pakizə Ələsgərova Toplum TV-ə xəstəxananın nəzdində belə bir kursun olmadığını dedi: “Həmin kursun bizim xəstəxanaya heç bir aidiyyatı yoxdur. Kursun tələbələri gəlib bizim xəstəxanada praktika da keçməyib. Kurs bitirənləri də xəstəxanada işə qəbul etmirik, buna icazə yoxdur. Kollec bitirənlər işə götürülür. Ucarda bu cür tibb kursları çoxdur. Ancaq bunların heç birinin bizim xəstəxanamıza aidiyyatı yoxdur”.

Toplum TV

Şikayətçi Rahib Babayev isə xəstəxananın yalan danışdığını, həyat yoldaşının 1 il boyunca kurs üçün mərkəzi xəstəxanaya gedib-gəldiyini iddia edir.

Ucar rayon Məşğulluq Xidmətindən isə Toplum TV-ə bildirildi ki, şəxs barədə məlumat verməyəcəklər. Şikayətçi özü məşğulluq idarəsinə yaxınlaşmalıdır.

Araşdırmalarımıza görə, “Bilik dünyası MMC”-nin rəhbəri Rahimə Mehdiyeva kursu Tərtər rayonunda qeydiyyatdan keçirib.

Toplum TV

İttihamlarla bağlı “Bilik dünyası MMC”-nin də rəyini almaq istəsək də, nə kursun, nə də ki, rəhbərinin telefon nömrəsini tapa bilmədik.

İttihamlarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Qaynar xətt

“Mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz"

16 Yanvar 2025

açıq mənbədən götürülüb

Bir qrup vətəndaş "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti tərəfindən aldadılmaları ilə bağlı polisə şikayət edib. Zərərçəkənlərin 11 nəfər olduğu bildirilib (Turan). Adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb  və onlara 44 min manat ödəyib. Onun szölərinə görə müqaviləyə əsasən, işlər sentyabrın 15-dək başa çatmalı olsa da, evdə heç bir iş görülməyib.  “Polisə şikayət etməkdən başqa çarəm yox idi. O, mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz", şikayətçi deyib. Şikayətçinin sözlərinə görə, Samir Umudovun barəsində cinayət işi açılsa da, hələlik heç bir irəliləyiş yoxdur.  Samir...
Qaynar xətt

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

26 Noyabr 2024

Toplum TV

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər. Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb.  “Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, - etirazçılardan Kamran İbrahimov deyir.  Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?” Polis keçmiş...

Seçilmiş Videolar

Toplum TV loqo