Toplum TV-nin qaynar xəttinə müraciət edən uşağa pensiya təyin edildi
Açıq mənbələrdən götürülüb
Toplum TV-nin araşdırdığı şikayət öz həllini tapıb. Belə ki, “Şikayətçi epilepsiyalı uşağının pensiya ala bilmədiyini deyir” başlıqlı yazımızdan bir müddət sonra uşağa pensiya təyin edilib.
Goranboy rayonu Baxçakürd kənd sakini Namiq Şərifov Toplum TV-nin qaynar xəttinə yazaraq övladının pensiya işinin səbəbsiz yerə gecikdirildiyini bildirmişdi. N. Şərifov sentyabrın 14-də Goranboy rayonu mərkəzi xəstəxanasında komissiyadan keçib, sentyabrın 20-də isə imtina cavabı almışdı. Təkrar Bakıda müayinədən keçən uşağa 1 aydan çoxdur ki, cavab verilmirdi. Gecikdirilmə səbəbini öyrənmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanova dəfələrlə sorğu gondərdikdən sonra nəhayət noyabrın 2-də problem həllini tapdı və uşağa pensiya təyin edildi.
https://toplum.tv/qaynar-xett/sikayetci-epilepsiyali-usaginin-pensiya-ala-bilmediyini-deyir
Bu haqda qurum rəsmisi T. Qurbanov sorğumuza cavab olaraq bildirib:
“Şərifov Onur Namiq oğlunun əlilliyinin qiymətləndirilməsi ilk növbədə tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında, özünün iştirakı olmadan aparılıb. Müəyyən edilib ki, vətəndaşın ekspertiza üçün əhəmiyyətli göstəriciləri F88 sənədində qeyd edilməyib. Həmçinin stasionar müalicə müddəti yetərli deyil. Daha sonra vətəndaş, 28.09.2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədə iştirak edib. Müayinə nəticəsinə əsasən vətəndaşa 80% orqanizm funksiyasının pozulma faizi ilə 2 il müddətinə əlillik təyin edilib”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbədən götürülüb
Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”
Toplum TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”