Avropa Şurasının üzvü olan 47 dövlət arasında Azərbaycan ən çox məhbus olan beş ölkədən birirdir. Bəs ölkədəki həbsxanalar standartlara nə dərəcədə cavab verir? Cəzaçəkmə müəssisələrində məhkumların istirahət etmələri üçün hansı imkanları var?
Paşa Umudov 2 il 6 ayını dəmir barmaqlıqlar arxasında keçirib. Həbsxanadan söz düşəndə o məhbusların həyat şəraitinə diqqət çəkir.
“Lampa yanıb pul verməlisən,motor yanıb pul verməlisən. “Kazarma”nı yığışdırırlar, mən oranı “kazarma” adlandırırdım. Məhbuslar arasında isə barak deyilir. Hə, barak puludur verməlisən, buranı yuyurlar, yığışdırırlar.Hər şey puldur”,-deyə keçmiş məhbus söyləyir.
Ya aylıq ödəniş etməlisən, ya da “balanda” yeməlisən...
Başqa bir keçmiş məhbus Rüfət Səfərov 2016-2019-cu illər arası məhbus həyatı yaşayıb. O, məhbusların qida rasionundan danışır. Deyir, verilən ərzaqlar adətən çox keyfiyyətsiz olur.
“Mən bizə təqdim edilən ətə baxırdım. Elə gündəydi ki, heç heyvanın qabağına atsaydın, yeməzdi. Bilmirdin ətin mənşəyi nədir, hansı dövrdən qalıb, bəlkə də İkinci dünya müharibəsindən qalıb bilinmirdi”,-DEYƏ Səfərov əlavə edib.
Paşa Umudov isə deyir ki, həbsxanada normal qidalanmaq üçün ya aylıq ödəniş etməlisən, ya da reallıqla barışmalısan.
“İdarə müəssisəinin verdiyi “balanda” deyirlər- makaron şorbasıdır. Yəni gedib onu yeyib, yaşamalısan. Ya, çöldən gətirib səni yaşatmalıdırlar,ya da məhbusların dilində “bedalaqa” deyirlər, bedalaqa həyatı yaşamalısan. Ayda 50 manatını ver, sənə ayrıca yemək bişirirlər, qabını da yuyrlar. 30 manat versən, ancaq yeməyini bişirirlər, heç nə verməsən, sənə heç nə də verməyəcəklər, o balandadan başqa…”
Məhkumların gündəlik ərzaq normasını Nazirlər Kbineti 2001-ci ildə təsdiqləyib. Cədvələ görə, gündəlik birinci və ikinci növ buğda unundan 700 qram çörək, 80 qram ət, 100 qram balıq, 30 qram şəkər tozu, 250 qram tərəvəz, 10 qram kərə, 20 qram bitki yağı və s qida məhsulları əksini göstərir.
Pulun varsa, şəxsi istirahət otağın da var…
Keçmiş məhbuslar deyir ki, cəzaçəkmə müəssisəsində istirahət etmək üçün ya televizor izləyə, ya da kitab oxuya bilərsən. Amma asudə vaxtlarını daha səmərəli keçirən əli cibində məhbuslar da var idi.
“ Müəssisənin içərisində bisetkalar var. Haradasa 50-ə yaxın olardı. 9-10 kvadrat metrlik, lambrindən tikilmiş bisetkalar idi. O da pulla idi, pulunu ver, al. 2000-2500 manat civarında qiyməti idi. Səhərdən-axşama kimi orada yeyib-içirdilər, yaşayırdılar. Axşam yatmağa Baraka gəlirdilər”,-deyə Paşa Umudov bildirib.
“ O bisetkaların içərisində televizor ( televizorun aylıq ödənişi olurdu), divan olurdu. Bir sözlə, yaşamaq üçün bir şərait var idi. Sanki ev tikmisən”,-deyə Rüfət Səfərov həmin kiçik istirahət mərkəzlərini təsvir edib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, hər bir cəzaçəkmə müəssisəsində idman meydançası (futbol, voleybol), trenajor zalı, əl və stolüstü oyunlar üçün şərait var. Eyni zamanda cəzaçəkmə müəssisələrindəki kitabxanalar mütəmadi qaydada zənginləşdirilir.
Azərbaycanda dustağın aylıq xərci
Həmsöhbət olduğumuz məhbuslardan biri Rüfət Səfərov deyib ki, cəzaçəkmə müəssisəsində normal yaşamaq üçün ortalama aylıq 300-400 manat xərci çıxırdı. Paşa Umudov isə əsasən dostlarının maddi dəstəyi ilə həyatını yaşayırdı. Onun sözlərinə görə, qənaətlə yaşamağa çalışsa da, aylıq 100-120 manat civarı xərci çıxırdı.
Azərbaycanın öhdəlikləri var
Azərbaycanın BMT və Avropa Şurası təşkilatları qarşısında öhdəlikləri var. Avropa Şurasının Azərbaycanla bağlı 2022-2025-ci illər üçün nəzərdə tutulan fəaliyyət planında penitensiar sistemdə islahatların aparılması ilə bağlı atılması zəruri olan addımlar göstərilir.Fəaliyyət Planının məqsədlərinə nail olunması həm də “BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”nin icra edilməsinə töhfə verəcək.
2021-ci ildə penitensiar xidmətə 127 milyon manata yaxın vəsait ayrılıb, Bu vəsaitin təqribi 84 milyon manatı penitensiar xidmət və onun tabeliyindəki müəssisələrin saxlanmasına yönəldilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?