Ölkə

Dövlət Turizm Agentliyində yoxlamalar aparılır

14 Mart, 2025
136

açıq mənbədən götürülüb

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır. 

Məlumata görə, yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində (DTA) dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir. 

Bu barədə APA informasiya agentliyi məlumat yayıb. 

Martın əvvəlində DTA sədri Fuad Nağıyevə Prezident İlham Əliyevin sərəncamı ilə “işində yol verdiyi nöqsanlara görə” şiddətli töhmət verilib.

Ancaq sərəncamda töhmətin nədən ibarət olduğu və konkret hansı nöqsanlardan söhbət getdiyi qeyd olunmayıb. 

50 yaşlı Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.

Buna baxmayaraq, hökumətyönlü mediada Nağıyevin rəhbərlik etdiyi təşkilatda çalışan əməkdaşların xidməti yazışmaları xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürdükləri, Nağıyevin və işçilərinin də məhz buna görə cəzalandırıldığı iddia olunub. 

“Lent.az” xəbər saytında yayımlanan məqalədə, həmçinin Nağıyevin “Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən” “Transparency International” təşkilatında çalışmış şəxsləri rəhbərlik etdiyi quruma gətirdiyi yazılıb. 

 “Transparency International”ın Azərbaycandakı nümayəndəliyi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” təşkilatı martın 5-i fəaliyyətini dayandırıb

Bir neçə gün əvvəl yayılan məlumata görə, agentliyin Nicat Hüseynov adlı əməkdaşı martın 4-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub və məhkəmə qarşısına çıxarılıb. 

Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Xəbərdə Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi yazılsa da, onun hansı maddə ilə ittiham olunduğu və həbs qətimkan tədbirinin müddəti bildirilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir

2 May 2025

sosial media

Bakının “Bayırşəhər” adlanan hissəsində tarixi abidələr və məhəllələr sökülmək təhlükəsi altındadır.  Bu barədə yerli memarlar sosial şəbəkələrdə həyəcan təbili çalırlar.  Memar Abdul Hüseynovun Toplum TV-yə dediyinə görə, sökülməsi planlaşdırılan, tarixi məhəllələrin olduğu əsas iki ərazi var. Bunlardan biri Təzəpir və Hacı Sultanəli məscidləri arasında olan ərazidir.  Hüseynov bildirir ki, bu ərazi Bakının 2040-cı ilə qədər müddəti əhatə edən baş planında “xüsusi mühafizə olunan ərazi” kimi nəzərdə tutulub və İçərişəhərin Qala divarlarından sonra 2-ci ən əhəmiyyətli zonadır.  Bu ərazinin qorunub mühafizə edilməsi üçün fevralda Hüseynov da daxil olmaqla 200-dən çox Bakı sakini Prezident Administrasiyasına məktub ünvanlayıb.  Onlar “Bayırşəhər”də yerləşən tarixi və...
Ölkə

Sara Rəhimova sərbəst buraxılıb - YENİLƏNİB

30 Aprel 2025

sosial media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimova sərbəst buraxılılb. Məlumatı onun yaxınları yayıblar. Hələlik onun hansı səbəbdən saxlanması barədə məlumat verilmir. **** “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimovanın saxlanıldığı və ondan saatlardır xəbər alınmadığı deyilir. Bu barədə onun yaxınları və təşkilatın üzvləri sosial mediada məlumat yayıblar. Sara Rəhimova yaxınlarına zorakılıqla saxlanıldığını və hazırda polis bölməsinə aparıldığını bildirib. Bildirilir ki, Sara Rəhimova polisə məxsus avtomobildə olduğunu əks etdirən foto paylaşıb.  “Onun Gənclik ərazisində saxlanıldığı ehtimal edilir. Hansı bölməyə aparıldığı və saxlanılma səbəbi bilinmir. Hazırda onunla əlaqə qurmaq mümkün deyil”, - yaxınları qeyd ediblər. Azərbaycanda...

Seçilmiş Videolar

Toplum TV loqo