Ölkə

“Siz Ələsgər Məmmədli kimi haqsızlığa uğramayacaqsınız, sizin qapılarınız haqlı olaraq döyüləcək”  

23 Dekabr, 2024
220

Gozetci.az

Toplum TV-nin təsisçisi olan Ələsgər Məmmədlinin həyat yoldaşı saytlara, kanallara müraciət etdi 

Toplum TV-nin təsisçisi, 10 aydır qaçaqmalçılıq ittihamı ilə həbsdə olan Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli bəzi sayt və telekanalların davranışı ilə bağlı Facebook səhifəsində paylaşım edib. 

Deməli, on aydır ki, dayanmadan bəzi üzdəniraq saytlar və kanallar Ələsgər Məmmədlini qaçaqmalçı, cinayətkar kimi qaralamaqda davam edirlər. Əvvəla, istintaq “davam edir” və istintaq gizli getdiyi üçün qurum tərəfindən heç bir məlumat kənara sızdırılmır. Bu da o deməkdir ki, bu “saytlar və telekanallar” məsuliyyət daşıyır. Yəni siz heç bir cinayət əməli (hər kəs çox gözəl bilir ki, belə bir şey yoxdur) sübut edilmədən bu paylaşımlarınızla Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən məsuliyyət daşıyırsınız”, - Günay Məmmədli yazır. 

O, daha sonra həmin sayt və kanallardan niyə ölkədə baş verən haqsızlıqları işıqlandırmamalarının səbəbini soruşur: “Niyə ölkədə baş verən özbaşınalıqlar, cinayətlər, sürüklənən şəhid anaları… yəni real cinayətlər sizi narahat etmir? Azərbaycanın müstəqilliyi, inkişafı üçün öz mənafeyini düşünmədən illərini, sağlığını verən bir ziyalı haqsız yerə 10 aydır həbsə atılıb və siz də utanmadan bu yalan ssenarilərdə rol almısınız.

Hələ ki bu şəkildə xəbərdarlıq edirəm. Bunun hüquqi yanaşması da ardından gələcək…

Bir gün həmin sayt və telekanlların da qapılarının döyüləcəyini yazan G.Məmmədli bir fərqi qeyd edir: “Ancaq siz Ələsgər Məmmədli kimi haqsızlığa uğramayacaqsınız, sizin qapılarınız haqlı olaraq döyüləcək”.

Ələsgər Məmmədli “Toplum TV işinə” görə saxlanılan 7 nəfərdən biridir, bu iş üzrə 9 nəfər haqqında cinayət işi açılıb. Onlar qaçaqmalçılıqda ittiham olunurlar. Özləri ittihamı rədd edirlər. 

Son zamanlar bir sıra hökumətyönlü saytlar Toplum TV, Abzas Media və Meydan TV və bu media qurumlarında çalışan ayrı-ayrı şəxslər haqqında təsdiqini tapmamış, uydurma, qərəzli məlumatlar yayırlar.    


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

3 aydır xidmət edən DSX əsgərinin xəstəlikdən vəfat etdiyi deyilir

25 Avqust 2026

şəxsi arxiv

Dövlət Sərhəd Xidmətinin (DSX) cənub sərhədində yerləşən hərbi hissələrindən birində xidmət edən, 2008-ci il təvəllüdlü Fəqan Samir oğlu Ağayevin vəfat etdiyi deyilir. “Meydan TV”-nin əsgərin yaxınlarına istinadən verdiyi məlumata görə, Neftçala rayon sakini olan 18 yaşlı hərbçiyə “sürətlə yayılan meningit” diaqnozu qoyulub. Səhhəti kəskin pisləşən F.Ağayevin üç gün koma vəziyyətində qaldıqdan sonra yerləşdirildiyi xəstəxanada vəfat etdiyi deyilir. Cəmi üç ay əvvəl həqiqi hərbi xidmətə çağırıldığı bildirilən əsgərin avqustun 24-də dəfn olunduğu bildirilir. Dövlət Sərhəd Xidməti Fəqan Ağayevin ölümü və ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat yaymayıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun avqustun 17-də yaydığı məlumata görə, 2026-cı ilin geridə qalan...
Ölkə

Naxçıvanda çörək sexlərindən şikayət: "Çəkini azaldıb alıcını aldadırlar"

14 Avqust 2026

nuhcixan.az

Naxçıvanda çörək sexlərinin məhsulun çəkisini azaldaraq alıcıları aldatdığı haqda şikayətlər səslənir.  Mövzunu ilk olaraq ictimailəşdirən "Gündəlik Naxçıvan”-a yerli sakinlərdən birinin dediyinə görə, 40 qəpiyə, 300 qramlıq adı ilə satılan “Bərəkət” çörəyini tərəzidə çəkərkən 250 qram olduğunu görüb.  Adının açıqlanmasını istəməyən başqa sakinlər də "Toplum TV”-yə danışaraq bu faktı təsdiqləyiblər: "40 qəpiklik çörək 300 qram olmalıdır. Əvvəllər 303, 302 qram gəlirdi çəkisi. Bu insanları aldatmaqdır. Paketdə qablaşdırılmalıdır və üstündə qramı qeyd olunmalıdır. Müştəri bilməlidir ki, ödədiyi pula neçə qram çörək alır. Görün o zavoddan nə pullar yeyilir", - onlar bildiriblər.  Sakinlər bunun təsadüf olduğunu da düşünmürlər: "Kündə kəsən maşınlarda qramı özləri...

Seçilmiş Videolar

Toplum TV loqo