APA
Bu gün səhər saatlarında Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
“Yanğın geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb", - məlumatda bildirilir.
Yanğının səbəbi və tələfat barədə məlumat verilmir.
Neft Emalı Zavodu (NEZ) 15 növ məhsul istehsal edir. Bu məhsullar, əsasən, benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazutdur.
1953-cü ildə inşa edilən zavodda bir neçə dəfə yenidənqurma işləri aparılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
sosial media