Ölkə

Sürücülər: “Sədərək-Dilucu sərhədində gömrük və AYNA arasındakı mübahisə sərnişinləri piyada qoyub”

15 Oktyabr, 2026
8

sosial media

Sədərək gömrük keçid məntəqəsi ilə Türkiyənin Dilucu gömrük qapısı arasında hərəkət edən mikroavtobusun fəaliyyətinin dayandırıldığı bildirilir.

“Gündəlik Naxçıvan”ın məlumatına görə, bu səbəbdən sərhədi keçən şəxslər, o cümlədən yükü olan sərnişinlər iki kilometrdən çox məsafəni piyada qət etməyə məcbur qalırlar.

Marşrutda çalışmış sürücülər nəşrə deyiblər ki, gediş haqqı 1 manat olub və mikroavtobus hər gün minlərlə sərnişin daşıyıb. Onların iddiasına görə, yığılan vəsaitin idarə olunması ilə bağlı gömrük orqanı və Naxçıvanda fəaliyyətə başlayan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında fikir ayrılığı yaranıb. Bu iddialarla bağlı qurumların mövqeyi açıqlanmayıb.

Marşrutun dayanmasının Türkiyəyə müalicəyə gedən xəstələr və yaşlı şəxslər üçün əlavə çətinlik yaratdığı bildirilir.
Şərur sakini Vaqif Məmmədov deyib ki, müayinə və müalicə üçün hər ay İğdır şəhərinə gedir, lakin iki kilometrlik yolu piyada qət etməkdə çətinlik çəkir.

“Yaşlı və xəstə adamam. Ayda bir dəfə müayinə və müalicə üçün İğdıra getməliyəm. Bu yolu gedib-gəlmək mənim üçün zülmdür. Neytral zonaya taksi də buraxmırlar. Yolu başa vurana kimi bəlkə 15 dəfə oturub dincəlirəm”, - o bildirib.

Naxçıvanda təhsil alan Hüseyn Çetin isə hər həftə sonu İğdırdakı evinə gedib-gəldiyini, mikroavtobusun dayanmasının səfərlərini çətinləşdirdiyini söyləyib.
“Gedib-gələndə özümüzə lazım olan əşyaları daşıyırıq. Hər dəfə taksi tutmaq çox baha başa gəlir. İndi ya çantamızı götürüb iki kilometr piyada gedirik, ya da bizi aparacaq bir maşın gözləyirik”, - tələbə deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib

15 Oktyabr 2026

açıq mənbə

Bakıda “Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istinataqı yekunlaşıb. APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində prokuror Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdova 5 il həbs cəzası istəyib. Prokuror onun məhkəmə zalında həbs edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də istəyib. Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti iclas oktyabrın 29-na təyin olunub. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonunun...
Ölkə

DİN: “Vahid geyim qaydalarına etirazla bağlı 37 nəfər saxlanılıb”

12 Oktyabr 2026

sosial media

Daxili İşlər Nazirliyi (DİN) dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan insidentlər üzrə 37 nəfərin saxlanıldığını açıqlayıb. Nazirlik iddia edir ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı “təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib”. DİN bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə - maddəsi ilə cinayət işi başlanılıb. “İctimai asayişin qorunması məqsədilə tədbirlərin davam etdiriləcək”, - DİN bildirib. Son həftələr ölkənin bir sıra məktəblərində hicablı şagirdlərin...

Seçilmiş Videolar

Toplum TV loqo