Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib
açıq mənbə
Bakıda “Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istinataqı yekunlaşıb.
APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində prokuror Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdova 5 il həbs cəzası istəyib.
Prokuror onun məhkəmə zalında həbs edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də istəyib.
Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti iclas oktyabrın 29-na təyin olunub.
İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb. Azər Cümşüdov təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
İş üzrə əvvəlki məhkəmə iclaslarından birində hadisə yerinin yaxınlığında obyekti olan sahibkar Səyyar Nuriyev ərazidə çökmələrin hadisədən əvvəl, təxminən ilin əvvəlindən müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, problemlə bağlı bir neçə dəfə “Azərsu”nun qaynar xəttinə müraciət edib.
Şahid həmçinin ərazidə quraşdırılan məhəccərlərin kifayət etmədiyini, onların yerə möhkəm bərkidilmədiyini bildirib. Təqsirləndirilən Azər Cümşüdov isə bu iddiaları qəbul etməyib, təhlükəli sahənin kifayət qədər məhəccərlə əhatəyə alındığını deyib.
Digər sahibkar Asif Həbibov ifadəsində ərazinin iki aydan çox təhlükəli vəziyyətdə qaldığını, bu səbəbdən bir müddət öz məhəccərləri ilə ərazini bağladığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib
açıq mənbə
Sürücülər: “Sədərək-Dilucu sərhədində gömrük və AYNA arasındakı mübahisə sərnişinləri piyada qoyub”
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır