Tramp: “Gözəl Qrenlandiyamızda neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”
whitehouse
“Yeni və gözəl Qrenlandiyamızda genişmiqyaslı neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”.
ABŞ prezidenti Donald Tramp bunu oktyabrın 14-də özünün “Truth Social” hesabında yazıb.
ABŞ lideri Qrenlandiyanın təbii sərvətlər baxımından böyük potensiala malik olduğunu vurğulayıb. Adanın Arktikada strateji mövqeyə sahib olduğunu qeyd edən Tramp bölgənin həm iqtisadi, həm də təhlükəsizlik baxımından ABŞ üçün əhəmiyyətini ön plana çəkib.
“Ekspertlər bildirirlər ki, asanlıqla çıxarıla bilən neft ehtiyatlarının həcmi dünyanın demək olar ki, istənilən digər ərazisindəkindən xeyli çoxdur. Daha da vacibi, Qrenlandiya həm Amerika Birləşmiş Ştatlarının, həm də Avropanın müdafiəsi və hücum imkanları baxımından misilsiz təhlükəsizlik əhəmiyyətinə malikdir. ABŞ-yə gələcəkdə baş verə biləcək istənilən hücum Qrenlandiya üzərindən keçməli olacaq. Burada müdafiə sistemlərimiz pilotsuz uçuş aparatlarını, raketləri və hətta hələ mövcudluğu təsəvvür edilməyən digər silah növlərini müntəzəm olaraq zərərsizləşdirəcək”, - deyə o qeyd edib.
Trampın açıqlamasında kəşfiyyat işlərinin hansı şirkətlər tərəfindən həyata keçiriləcəyi və layihələrin nə vaxt başlanacağı ilə bağlı ətraflı məlumat verilməyib.
Qrenlandiya Danimarka Krallığının tərkibində olan, geniş özünüidarəetmə hüquqlarına malik muxtar ərazidir. ABŞ son illərdə adanın strateji əhəmiyyətinə və təbii sərvətlərinə marağını dəfələrlə ifadə edib.
Ötən ay Tramp ABŞ, Danimarka və Qrenlandiya hökumətləri arasında adada ABŞ-nin hərbi iştirakının genişləndirilməsini nəzərdə tutan təhlükəsizlik sazişinin imzalanmasında iştirak edib.
Razılaşma iki yeni hərbi bazanın yaradılmasına və Trampın planlaşdırdığı “Qızıl Günbəz” (“Golden Dome”) raketdən müdafiə sisteminin reallaşdırılmasına zəmin yaradır. Bununla yanaşı, sənəddə Danimarkanın Qrenlandiya üzərində suverenliyi və ada sakinlərinin öz müqəddəratını təyin etmək hüququ bir daha təsdiqlənir.
Sazişin məqsədi Trampın ABŞ-nin Qrenlandiyanı güc yolu ilə ələ keçirməsi ehtimalını istisna etməkdən imtina etməsi ilə əlaqədar, təxminən iki il davam edən böhrana son qoymaq idi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Christo
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır