Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin bərpa edildiyini bildirib
sosial media
Ukrayna Rusiyanın enerji infrastrukturuna davam edən hücumlarına cavab olaraq Rusiya neft emalı zavodlarına zərbələri bərpa edib.
Ukrayna prezidenti Volodimir Zelenski bu barədə “Financial Times”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna ABŞ prezidenti Donald Trampın oktyabrın 11-də elan etdiyi “enerji atəşkəsi”nə riayət etmək üçün Rusiya neft emalı zavodlarına və digər enerji obyektlərinə zərbələri iki gün dayandırıb.
Lakin Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib. “Reuters”in məlumatına görə, oktyabrın 15-də Rusiyanın Ryazan vilayətinin qubernatoru Ukraynaya məxsus dronların neft emalı zavodunda yanğına səbəb olduğunu açıqlayıb.
Zelenski müsahibədə Ukraynanın ABŞ-dən ballistik raket hücumları barədə erkən xəbərdarlıqlar almadığını, həmçinin “Starlink” peyk rabitəsi xidmətinin ölkə üzrə zəiflədiyini deyib. O, bunu cəbhə xəttindəki əməliyyatlara və orta mənzilli zərbələrə maneə kimi qiymətləndirib. ABŞ tərəfindən bu məhdudiyyətlərin səbəbi ilə bağlı rəsmi təsdiq verilməyib.
Tramp son günlər Ukraynanın Rusiya neft infrastrukturuna zərbələrini tənqid edib. O, bu hücumların dünya bazarında dizel qiymətlərinə təsir etdiyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Tramp: “Gözəl Qrenlandiyamızda neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”
whitehouse
Christo
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır