AB Ermənistan və Azərbaycan sərhədinə 40 nəfərlik ekspert qrupu göndərir
Açıq mənbələrdən götürülüb
Avropa Birliyinin 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan və Azərbaycan sərhədinə 40 nəfərlik ekspert qrupunun göndərilməsi ilə bağlı razılığa gəlib.
Bu barədə oktyabrın 17-də Avropa Birliyi Şurasının rəsmi saytında məlumat yerləşdirilib.
Aİ-nin mülki missiyasının “regiondakı vəziyyətin monitorinqi, təhlili və hesabatı” üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfinə göndəriləcəyi dəqiqləşib.
https://toplum.tv/siyaset/nikol-pasinyan-ermenistan-hokumeti-azerbaycandan-reaksiya-gozleyir
Aİ Şurasının məlumatına görə, mülki missiyanın yaradılması ilə bağlı qərar Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa Şurasının rəhbəri arasında oktyabrın 6-da Praqada keçirilən görüşdən sonra verilib.
Bildirilir ki, missiya regionda sülhün bərpasına kömək etmək, həmçinin “iki dövlət arasında etimadın yaradılması və beynəlxalq sərhədin delimitasiyası” məqsədi daşıyır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AXCP: “Məhkəmə beş ayda Əli Kərimli ilə bağlı səkkiz şikayəti geri qaytarıb”
şəxsi arxivi
president.az
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”