Dünya

Avropa Birliyinin qaz anbarları 92%-dən çox doldurulub

19 Oktyabr, 2022
2080

Açıq mənbələrdən götürülüb

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 2022-ci ilin fevralından Avropa Birliyi ölkələrinin Rusiya qazından asılılığının əhəmiyyətli dərəcədə azaldığını bəyan edib. O, AB-nin qaz anbarlarının 92%-dən çox doldurulduğunu qeyd edib. 

Bu barədə fon der Leyen Strasburqda Avropa Parlamentinin iclasında bildirib. Çıxışın videosu onun "Tvitter" səhifəsində yerləşdirilib.

https://toplum.tv/dunya/rusiya-xerson-seherinin-ehalisini-texliyye-edir

"(Yazda) biz güman edirdik ki, Rusiya qazının əvəzlənməsi 7 il çəkəcək. Bugünsə fakt ondan ibarətdir ki, bizim üçün (Rusiya qazının tədarükünün üçdə ikisini) əvəz etmək cəmi səkkiz ay çəkib. Başqa sözlə, biz digər xarici qaz tədarükçülərinə keçidi xeyli sürətləndirə bilmişik".

Fon der Leyen bunun asan başa gəlmədiyini də sözlərinə əlavə edib. 

Avropa Komissiyası təzəlikcə Avropadakı enerji böhranı ilə mübarizəyə yönəlmiş tədbirlər paketini təqdim edib. Komissiyanın təklifləri arasında AB-yə üzv ölkələrin qazı bir-biri ilə paylaşmasını və Avropanın ən böyük qaz birjası olan TTF-də müvəqqəti qiymət məhdudiyyətləri mexanizminin tətbiqi təklif edilir.

"Reuters" yazır ki, AB liderləri oktyabrın 20-21-də keçiriləcək sammitdə Avropa Komissiyasının təkliflərini müzakirə edəcək və təklif olunan tədbirləri ümumilikdə təsdiqləyəcəklər.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Ukrayna Rusiyada iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb

22 Sentyabr 2026

sosial media

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ufa və Samara şəhərlərində yerləşən iki neft emalı zavoduna zərbə endirdiyini bildirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Açıqlamaya görə, sentyabrın 22-nə keçən gecə Başqırdıstan Respublikasının Ufa şəhərindəki “Başneft-UNPZ” neft emalı zavodu vurulub. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verdiyi bildirilib. Zavodun illik neft emalı gücünün təxminən 7,5 milyon ton olduğu qeyd edilib. Müəssisədə benzin, dizel və qazan yanacağı, mayeləşdirilmiş qaz, kükürd və digər məhsullar istehsal olunur. Ukrayna tərəfinin məlumatına görə, zərbə endirilən digər müəssisə Samarada yerləşən Kuybışev neft emalı zavodu olub. Həmin müəssisənin ərazisində də yanğın baş verdiyi bildirilib. “Rosneft” şirkətinə məxsus...
Dünya

Türkiyədə məktəb qarşısında silahlı hücum olub, azı 11 şagird yaralanıb

22 Sentyabr 2026

sosial media

Sentyabrıən 22-də Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb qarşısında silahlı hücum nəticəsində ikisi ağır olmaqla azı 11 şagird yaralanıb. Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlayıb. Hadisə səhər saat 08:00 radələrində İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. DHA xəbər agentliyinin məlumatına görə, hücum edən şəxs ov tüfəngi ilə ətrafa atəş açdıqdan sonra hadisə yerindən piyada qaçıb. Manisa Valiliyi 15 yaşlı şübhəlinin tutularaq saxlanıldığını bildirib. Ədliyyə naziri yeniyetmənin valideynlərinin və silahın sahibi olduğu müəyyənləşdirilən babasının da saxlanıldığını bildirib. Nazirin sözlərinə görə, silahın yeniyetmənin əlinə necə keçməsi, saxlanma şəraiti və valideynlərin uşağa nəzarət öhdəliklərini yerinə yetirib-yetirməməsi araşdırılır. Hadisədən...

Seçilmiş Videolar

Toplum TV loqo