Siyasət

ABŞ dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir

15 İyun, 2022
2286

Açıq mənbələrdən götürülüb

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi doktor Karen Donfrid ABŞ-nin Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək.

Bu barədə iyunun 15-də ABŞ-ın Azərbaycandakı səfirliyi xəbər yayıb. 

Məlumata görə, dövlət katibinin köməkçisi Donfrid hər üç ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunması, ABŞ-nin onların suverenliyinə və müstəqilliyinə dəstək verməsini, Azərbaycan, Gürcüstan və Ermənistanın öz yolunu seçmək hüququnu vurğulayacaq. O, həmçinin Birləmiş Ştatların bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək etməyə hazır olduğunu qeyd edəcək.

https://toplum.tv/siyaset/sefir-abs-azerbaycanda-sabitlikde-maraqlidir-onun-pozulmasinda-yox

Donfrid iyunun 15-də və 16-da Bakıda səfərdə olacaq, Prezident İlham Əliyevlə, digər hökumət məmurları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Dövlət katibinin köməkçisi Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair diplomatik səylərə ABŞ-nin dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinə dəstəyini, transmilli təhlükələrə qarşı mübarizəni, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin və investisiyaların təşviqi sahəsindəki tərəfdaşlığı vurğulayacaq.

İyunun 17-də dövlət katibinin köməkçisi Donfridin Tbilisiyə, iyunun 18-də isə Yerevana səyahət edəcəyi gözlənilir.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo