ABŞ Dövlət Departamenti
ABŞ Prezidenti Co Bayden mayın 25-də ölkəsinin Azərbaycana növbəti səfir namizədinin adını açıqlayıb.
Bu barədə “Turan” məlumat yayıb.
Məlumatda bildirilir ki, Baydenin Azərbaycana təyin etdiyi növbəti səfir yüksəkrütbəli diplomatik xidmətin əməkdaşı Mark U.Libbindir:
“Bəzi müşahidəçilərin fikrincə, bu, Vaşinqtonun daha çox diqqət yetirdiyi ölkədə “təcrübəli əl” in mövcudluğunu təmin edəcək addımdır”.
“Mən şəxsən tanımasam da, onun Bakıda yaxşı xidmət edəcək böyük təcrübəsi var”, – deyə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç “Turan”a deyib.
“Yaxşı ki, o, FSO-nun (Diplomatik xidmət) əməkdaşıdır. Mənim ona yeganə məsləhətim ABŞ-ı Azərbaycanda təmsil etməkdən zövq almaqdır”, – Kozlariç əlavə edib.
M.Libbi diplomatik xidmətdə karyerası ərzində ABŞ-ın Avropa İttifaqı yanındakı Brüssel nümayəndəliyində missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifələrində çalışıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AXCP: “Məhkəmə beş ayda Əli Kərimli ilə bağlı səkkiz şikayəti geri qaytarıb”
şəxsi arxivi
president.az
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”