Siyasət

ABŞ-dan Azərbaycana ard-arda səfərlər

13 İyun, 2022
2256

Açıq mənbələrdən götürülüb

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi  Kara Makdonald Azərbaycana gəlib.

ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir ki, iyunun 13-15-də o, dövlət məmurları , hüquq müdafiəçiləri, müstəqil KİV-lərin və siyasi partiyaların nümayəndələriylə görüşlər keçirəcək.  

Makdonald Dövlət Departamentində Avropa, Cənub və Mərkəzi Asiya Bürosunun işinə, həmçinin çoxtərəfli məsələlər üzrə qrupa  kuratorluq  edir.

Demokratiya, İnsan Hüquqları və Əmək Məsələləri Bürosu qanunun aliliyi, insan haqları və əsas azadlıqlar daxil olmaqla, universal dəyərləri dəstəkləyir.  

Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycana səfər edəcəyi bildirilmişdi. 

Dövlət Departamentinin məlumatına görə, Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Bildirilir ki, Donfrid iyunun 15-16-da Bakıda səfərdə olacaq, Prezident İlham Əliyev, digər dövlət məmurları  və vətəndaş cəmiyyəti nümayəndələrilə  görüşəcək. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo