Siyasət

Adambaşına düşən vəkil sayına görə Azərbaycan Avropa sonuncusudur

6 Oktyabr, 2022
2372

Açıq mənbələrdən götürülüb

Avropa Şurası qurumu olan CEPEJ oktyabrın 5-də “Avropa ədalət sistemləri” adlı hesabatını açıqlayıb. 2 ildən bir açıqlanan sənəd 2020-ci ilin statistikası əsasında hazırlanıb.

Sənədə görə, sözügedən zaman çərçivəsində Azərbaycanın ədalət sisteminə xərclədiyi ümumi büdcə 96,5 milyon təşkil edib. Bu isə adambaşına 9,6 avro məbləğin düşməsi deməkdir. Azərbaycanın ədalət büdcəsinin 63 faizi məhkəmələrə, 34 faizi prokurorluğa, 2 faizi hüquqi yardıma yönəlib.

https://toplum.tv/siyaset/avropa-mehkemesi-azerbaycanla-bagli-qerarlarini-elan-etdi

Gürcüstanın bu sahədəki adambaşına xərcləməsi 8,69 avro, Ermənistan isə 10,47 avro olub.

Avropa ölkələri isə ədalət sisteminə adambaşına 79 avro xərcləyib. Bu büdcənin 66 faizi məhkəmələrə, 24,5 faizi prokurorluqlara, 9,5 faizi isə hüquqi yardıma xərclənir.

Avropada ədalət sisteminə ən çox büdcə ayıran 217,31 avro məbləğlə İsveçrə olub.

Ümumilikdə Avropa ölkələri məhkəmə sisteminə adambaşına ortalama 45,80 avro xərcləyir.

Hər 100 min nəfərə düşən hakim sayına görə də Azərbaycan sonuncu sıralardadır.

100 min nəfərə cəmi 5 hakim düşür.

Prokurorların sayına görə isə Azərbaycanda göstərici Avropa ortalamasından yuxarıdır. Hər 100 min nəfərə 12,9 prokuror düşür.

Azərbaycan ədalət sistemində gender balansı pozulan ölkələrdəndir. Bu kateqoriyada ən aşağı göstərici Ermənistan, Azərbaycan və İrlandiyaya aiddir. Bu ölkələrdə qadın hakimlərin sayı 40 faizdən aşağıdadır.

2010-cu ildə Avropada hakimlərin 48 faizini qadınlar təşkil edirdi, hazırda faiz göstəricisi 56-nı ötüb. Qadın prokurorların təmsilçilik faizi də 46-dan 53 faizə yüksəlib.

Vəkillərin sayına görə Azərbaycan yenə Avropa sonuncusu olub.  Ölkədə hər 100 min nəfərə 20 vəkil düşür. Avropada bu göstərici 172-dir.

Azərbaycan ən çox kişi vəkil sayına görə isə Avropa birincisidir. Vəkillərin 83 faizi kişilərdir. Ən çox qadın vəkillər isə Yunanıstanda qeydə alınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP: “Məhkəmə beş ayda Əli Kərimli ilə bağlı səkkiz şikayəti geri qaytarıb”

22 Sentyabr 2026

şəxsi arxivi

Səbail Rayon Məhkəməsi son beş ayda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ilə bağlı verilən səkkiz şikayəti baxılmadan geri qaytarıb. Bu barədə sentyabrın 22-də AXCP-nin mətbuat xidməti məlumat yayıb. Açıqlamaya görə, sonuncu şikayət sentyabrın 21-də geri qaytarılıb. Həmin müraciət Əli Kərimlinin informasiya almaq hüququnun pozulması iddiası ilə bağlı olub. Partiya bildirib ki, digər müraciətlər AXCP sədrinin atasının dəfn mərasimində iştirakı, işgəncəyə məruz qalması, müdafiə, ailəsi ilə görüş və telefon danışığı hüquqlarının pozulması, eləcə də əlyazmalarının alınması ilə bağlıdır. Mətbuat xidmətinin bildirdiyinə görə, məhkəmə müraciətlərin geri qaytarılmasını bu növ şikayətlərin verilməsinin Cinayət-Prosessual Məcəllə ilə tənzimlənməməsi ilə əsaslandırıb....
Siyasət

İlham Əliyev: “İqtisadi artım templəri çox da böyük deyil”

22 Sentyabr 2026

president.az

Sentyabrın 22-də prezident İlham Əliyev Azərbaycanda iqtisadi artım tempinin yüksək olmadığını bildirib. Mətbuat xidmətinin yaydığı məlumata görə, prezident bu barədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə danışıb. “Ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq, görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız ‘Azəri-Çıraq-Günəşli’ artıq 30 ilə yaxındır istismardadır”, - Əliyev deyib. Prezident qeyri-neft sektorunun inkişafını daha vacib göstərici adlandırıb: “Ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi neft hasilatıdır. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da...

Seçilmiş Videolar

Toplum TV loqo