Siyasət

Avropa Birliyi Bakı və Yerevanı hərbi cinayətləri araşdırmağa çağırdı

3 Oktyabr, 2022
2194

Açıq mənbələrdən götürülüb

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Bakı və Yerevana sosial şəbəkələrdə yayılan videomateriallardakı hərbi cinayətlərin araşdırılmasına dair çağırış edib. 

Bu barədə o, "Tvitter" hesabında yazıb. 

"Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Bunlar da araşdırılmalı və əsl günahkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxıb və bunun üçün məsuliyyətə ehtiyac var”, - Klaar yazıb.

https://toplum.tv/siyaset/ceyhun-bayramov-ararat-mirzoyanla-neyi-muzakire-edib

Bundan əvvəl, AB rəsmisi erməni tərəfdən ona daxil olan kadrlarla bağlı oxşar tvit yazmışdı.

"Erməni hərbi əsirlərin açıqca edam olunmasını göstərən daha bir dəhşətli video yayılıb. Əgər bu videonun həqiqiliyi sübuta yetirilərsə, bu, araşdırılmalı və günahkarlar cəzalandırılmalı olan hərbi cinayətdir", - deyə Klaar oktyabrın 2-də yazdığı tvitdə qeyd etmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP: “Məhkəmə beş ayda Əli Kərimli ilə bağlı səkkiz şikayəti geri qaytarıb”

22 Sentyabr 2026

şəxsi arxivi

Səbail Rayon Məhkəməsi son beş ayda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ilə bağlı verilən səkkiz şikayəti baxılmadan geri qaytarıb. Bu barədə sentyabrın 22-də AXCP-nin mətbuat xidməti məlumat yayıb. Açıqlamaya görə, sonuncu şikayət sentyabrın 21-də geri qaytarılıb. Həmin müraciət Əli Kərimlinin informasiya almaq hüququnun pozulması iddiası ilə bağlı olub. Partiya bildirib ki, digər müraciətlər AXCP sədrinin atasının dəfn mərasimində iştirakı, işgəncəyə məruz qalması, müdafiə, ailəsi ilə görüş və telefon danışığı hüquqlarının pozulması, eləcə də əlyazmalarının alınması ilə bağlıdır. Mətbuat xidmətinin bildirdiyinə görə, məhkəmə müraciətlərin geri qaytarılmasını bu növ şikayətlərin verilməsinin Cinayət-Prosessual Məcəllə ilə tənzimlənməməsi ilə əsaslandırıb....
Siyasət

İlham Əliyev: “İqtisadi artım templəri çox da böyük deyil”

22 Sentyabr 2026

president.az

Sentyabrın 22-də prezident İlham Əliyev Azərbaycanda iqtisadi artım tempinin yüksək olmadığını bildirib. Mətbuat xidmətinin yaydığı məlumata görə, prezident bu barədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə danışıb. “Ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq, görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız ‘Azəri-Çıraq-Günəşli’ artıq 30 ilə yaxındır istismardadır”, - Əliyev deyib. Prezident qeyri-neft sektorunun inkişafını daha vacib göstərici adlandırıb: “Ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi neft hasilatıdır. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da...

Seçilmiş Videolar

Toplum TV loqo