Siyasət

Azərbaycanda qadınları kimlər və niyə sıxışdırırlar?

8 Mart, 2021
2612

Sosial Media

“Mən bələdiyyə üzvüyəm. Mövcud problemləri işıqlandırıram deyə bələdiyyə sədri məni hədəfə alır və insanlara məni əxlaqsız kimi təqdim etməyə çalışır. Kəndlərdə və rayonlarda bu problemlə üzləşən nə qədər qadın var və onların nə qədəri bunu qəbul edər?”

“Toplum TV”-yə danışan ictimai-siyasi fəal Vəfa Nağı belə söyləyir.

Statistik məlumatlar göstərir ki, Azərbaycanda qadınlar ictima-siyasi fəaliyyətə az meyllidirlər. Məsələn, son 20 ildə Milli Məclisdə qadın deputatların sayı cəmi 7,6 faiz artıb və hazırda onlar parlamentin 18,3 faizini təşkil edirlər.

Dövlət qulluğunda çalışanların 29 faizi,  sahibkarlarınsa 21,3 faizi zərif cinsin nümayəndələridir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qadınların sayca kişilərdən çox olduğu cəmi iki sahə var - müəllimlik və həkimlik.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsili müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərinsə üçdə ikisi qadınlardır. 

Biznesdə və siyasətdə qadınların sayı niyə azdır?

Dövlət rəsmiləri Azərbaycan qadınlarının həm iqtisadiyyatda, həm də siyasətdə fəal iştirak etdiklərini vurğulayırlar, vətəndaş cəmiyyətinin bəzi nümayəndələri isə belə düşünmürlər.

Vəfa Nağı - BBC


Vəfa Nağı deyir ki, Azərbaycan qadınların siyasətdə zəif təmsil olunduğu ölkələr arasındadır. O bunu iqtisadi azadlıq amiliylə yanaşı, patriarxal cəmiyyətin qadınlara qarşı hədsiz mühavizəkar olmasıyla izah edir. 

“Övladlarını hələ balacaykən valideynlər onların gələcək peşələrini müəyyənləşdirilir: oğlansansa, polis, mühəndis; qızsansa, müəllim, ya da həkim olacaqsan”.

İctimai fəal əlavə edir ki, Azərbaycanda qadınlar daha çox əvəzi ödənməyən işlərlə məşğuldurlar: “Məsələn, uşağa baxmaq, ev işləri görmək və sairə”.

Qadınların ictimai-siyasi sahələrdə zəif təmsilçiliyi məsələsinə toxunan fəal bunu mövcud idarəetmə sistemi ilə əlaqələndirir:

"Özümdən misal çəkim. Mən kiçik bir sahibkaram, qadınlar üçün tikiş yeri açmışam. Amma ölkədə elə vergi sistemi var ki, kiçik sahibkarı nəinki dəstəkləmir, hətta ona əngəllər yaradır.

Bildiyim qədərilə, məşğulluq mərkəzləri qadının öz biznesini qurmasına müəyyən qədər şərait yaradırlar. Məsələn, qadınlar tikiş sexi, gözəllik salonu açanda, dövlət dəstəkl verir. Bu, yaxşı haldır, amma  yenə də əngəllər var, məşğulluğa müraciət edənlər aylarla gözləməli olurlar”.

Vəfa Nağı deyir ki,  ölkədəki siyasi sistemin mahiyyəti qadınların Milli Məclisdə təmsilçiliyinin önəmini heçə endirir.

“Seçki insitutu olmadığından deputatlar parlamentə seçilmirlər, təyin edilirlər. Bu baxımdan o qurumda qadınların sayının artması heç bir əhəmiyyət kəsb etmir” deyə, fəal bildirir.

“Bu, cəmiyyətdən qaynaqlanan məsələdir”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa suala belə cavab verir.

Onun fikrincə, Azərbaycanda modern düşüncəli qadınların sayı çox deyil.

Fazil Mustafa - Sosial Media

“Qadınların əksəriyyəti qapalı mühitdə - məktəbdə, xəstəxanada işləməyə üstünlük verir.

Bir sıra hallarda bu, ailənin skturukturu ilə bağlıdır. İcazə verilən hüdudlarda çalışmaq məcburiyyətidir”.

Deputat qadınların ictimai-siyasi mühitə inteqrasiyası ilə bağlı qanunvericilikdə kifayət qədər əsaslar yaradıldığını bildirsə də, bu məsələnin qanunla tənzimlənmədiyini də vurğulayır.

“Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb, Milli Məclisdə qadınlarla bağlı komitə fəaliyyət göstərir, gender bərabərliyi haqqında qanun var. Yəni Azərbaycan Qərb ölkələrindəki təcrübəni  mümkün qədər tətbiq etməyə çalışır. Amma bu məsələ yalnız qanunlarla tənzimlənmir. Cəmiyyətimizin qadına münasibəti, cəhalət faktorları buna imkan vermir. Toplumun düşüncə tərzində dəyişikliyə ehtiyac var”.

İctimai-siyasi fəal Bəxtiyar Hacıyevsə hesab edir ki, Azərbaycanda qadınların fəallaşması üçün atılan addımlar daha çox formal xarakter daşıyır.

“Məsələn, bir neçə il əvvəl icra başçılarına qadın müavinlərin təyin olunması prosesi başlamışdı. Amma kadr təyinatları siyasi aktivliyə görə yox, sırf cinsi mənsubiyyət faktoruna görə həyata keçirilirdi.

Bəxtiyar Hacıyev - Sosial Media

Yaxud Milli Məclisdə qadınların sayını artırmaq məqsədilə hakimiyyət bəzi dairələrdən onların namizədliyini irəli sürür və dəstəkləyir. Ancaq burada da qadınların azad və ədalətli seçkilərdə rəqabət aparıb mandat qazanması yox, Milli Məclisdə saxta yollarla təmsilçiliyi təmin edilir. Belələri həmcinslərinə rol modeli ola bilmir, öz nümunələriylə onları ictimai-siyasi aktivliyə sövq etmir”.

B.Hacıyevin fikrincə, vəziyyətin dəyişməsi üçün ibtidai məktəbdən başlayaraq qadınlara yüksək təhsil verilməsi təmin edilməlidir.

“Bir çox rayonda qızların nəinki Qərb ölkələrində olduğu kimi xüsusi sahələrə - elmə, texnologiyaya, mühəndisliyə, riyaziyyata istiqamətləndirilməsi prosesi gedir, təşviq proqramları həyata keçirilir, əksinə, qız uşaqları qısa müddət təhsil aldıqdan sonra məktəbdən uzaqlaşdırılırlar. Onların ali təhsil almaq üçün paytaxta gəlməsi hələ də regionlarda bir çox ailə üçün ciddi problem olaraq qalır. Buna görə də qadınları təhsilə təşviq etmək və dəstəkləmək üçün xüsusi proqramlar həyata keçirilməli, ayrıca təqaüd proqramları yaradılmalıdır”.

Onun sözlərinə görə, qadın sahibkarların da uğur qazanması üçün dövlətin və özəl sektorun, o cümlədən bankların siyasətində ciddi dəyişikliklərə ehtiyac var; qadınların kreditlərə, xüsusilə də mikrokreditlərə xüsusi şərtlərlə çatımlılığı təmin edilməlidir. 

B.Hacıyev hesab edir ki, mental olaraq da cəmiyyətdə çox ciddi dəyişikliklər baş verməlidir. Toplumun rol modeli kimi qəbul edə biləcəyi ictimai-siyasi fəal qadınlar üçün müxtəlif mükafatlar təsis edilməli, onların uğurları barədə mediada daha çox məlumat yayılmalı və cəmiyyətdə gender bərabərliyini təmin və təşviq edən qanunvericilik aktları qəbul edilməlidir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Pezeşkian İsrailin Azərbaycanın səmasının istifadəsinin araşdırılmasını istəyib

27 İyun 2025

Foto: Prezident.az

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevdən İsrailin İrana hücumlarda Azərbaycan səmasının istifadəsinin araşdırılmasını istəyib.  Bu barədə İran dövlət mətbuatı xəbər yayıb.  Xəbərdə deyilir ki, iyunun 26-da telefon zəngində Pezeşkian, həmçinin, Azərbaycan hökumətinə və xalqına İsrail hücumları qarşısında İran xalqı ilə "həmrəylik nümayiş etdirdiyi üçün" təşəkkür edib.  Xəbərə əsasən, Əliyev öz növbəsində Azərbaycanın İrana qarşı hücumları birmənalı şəkildə qınadığını deyib və "günahsız insanların ölümlərindən təəssüf hissi" keçirdiyini ifadə edib.  Əliyevin, həmçinin, Azərbaycan səmasının İsrail tərəfindən istifadəsinə icazə verildiyi barədə "şaiyələri inkar etdiyi" bildirilir.  Azərbaycan tərəfinin yayımladığı telefon danışığının pres-rilizi isə daha məhdud olub. Burada sadəcə Əliyevin İran Prezidentini İsraillə...
Siyasət

“AŞPA Azərbaycanda insan hüquqları məsələsini gündəmə gətirə bilər”

25 İyun 2025

Foto: AŞPA

İyunun 23-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası start götürüb.  2024-cü ildə quruma göndərdiyi nümayəndə heyətinin mandatı təsdiq olunmadıqdan sonra Azərbaycan bu sessiyaya da yeni heyət göndərməyib.  Bunu sessiyada iştirak edən hüquqşünas, III Respublika Platformasının qurucu üzvü Səməd Rəhimli Toplum TV-yə deyib.  “Bildiyimiz kimi, Azərbaycanla AŞPA arasında münasibətlər artıq bir il yarımdır ki, tamamilə donub. Buna görə də, tərəflər arasında heç bir əməkdaşlıq mövcud deyil və Azərbaycandan AŞPA-ya qarşı tənqidlər səsləndirilir. Buna baxmayaraq, AŞPA-da Azərbaycanda insan hüquqlarının vəziyyəti aktual olaraq qalır və burada bir sıra qruplar bu məsələnin qaldırılmasının vacibliyinə inanırlar. AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatı...

Seçilmiş Videolar

Toplum TV loqo