Siyasət

Bu gün AB missiyası Yerevana gəlir

14 oktyabr, 2022
1985

Açıq mənbələrdən götürülüb

Bu gün, oktyabrın 14-də Avropa Birliyinin (AB) mülki missiyası Yerevana gələcək. 

Bu barədə AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar özünün "Tvitter" hesabında məlumat verib. 

Klaarın sözlərinə görə, Birliyin 27 üzv ölkəsi Ermənistan tərəfinin müraciətinə operativ cavab verib. AB missiyasının məqaəsi vəziyyəti monitorinq etmək və Azərbaycan-Ermənistan əlaqələrinin sabitləşdməsinə dəstək verməkdir. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub

21 noyabr 2026

Foto: VOA

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.  Bu barədə onun özü sosial media hesabında məlumat verib. Siyasətçinin sözlərinə görə, noyabrın 21-ə keçən gecə Berlinə uçmaq üçün Bakı Beynəlxalq Hava Limanına yollansa da, onun ölkəni tərk etməsinə icazə verilməyib. İ.Qəmbər ölkədən çıxışının məhdudlaşdırılması barədə özünə rəsmi izah verilmədiyini yazıb. O, konfransda iştirak üçün Berlinə uçmalı olduğunu bildirib və noyabrın 23-də Azərbaycana qayıdacağını göstərən təyyarə biletini də paylaşımına əlavə edib.  Bu ilin iyununda Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da Azərbaycanı tərk etmək istəyərkən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.  Azərbaycanda son illərdə bir sıra müxalif siyasətçilər, jurnalistlər və ictimai fəalların ölkədən...
Siyasət

Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”

21 noyabr 2026

Foto: Ülviyyə Əli

4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumları “döyür, ardınca cərimə kamerasına (“kars”) göndərir”.  Bu iddia “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımovanın sözügedən həbsxanada saxlanılan məhkumlara istinadən qələmə aldığı yazısında yer alıb.  Aprel ayında 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov ədliyyə naziri Fərid Əhmədovun əmri ilə vəzifəsindən azad olunub. Onun yerinə 5 il əvvəl də bu müəssisəyə rəhbərlik etmiş Vaqif İsmayılov təyin olunub. E.Qasımovanın yazdığına görə, V.İsmayılovun bu müəssisədə ilk rəisliyi 1 il 2 ay çəkib və o, çoxsaylı şikayətlərdən sonra vəzifəsindən azad olunub. O, məhkumlara istinadən əlavə edir ki, V.İsmayılov müəssisəyə qayıtdıqdan sonra məhkumlar önündə ilk çıxışında vaxtilə barəsində...

Seçilmiş Videolar

Toplum TV loqo