Siyasət

Günel Həsənli videolarla bağlı araşdırmadan narazıdır

16 Aprel, 2021
6464

Meydan.tv

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli onun şəxsi həyatına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdır. Onun özü də, yaxınları da hesab edir ki, dövlət orqanları cinayətkar(lar)ı ortaya çıxarıb cəzalandırmaqda maraqlı deyil.

"Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Yasamal və Xətai rayonlarının həm prokurorluğuna, həm də polis idarəsinə şikayətlər göndərilib. Heç birindən rəsmi cavab gəlməyib. Xətai rayonu, 37-ci polis bölməsinə aprelin 3-də ərizə verilib, aprelin 7-də iş oradan Bakı şəhər Baş Polis İdarəsinə göndərilib. Orada təhqiqatçıdadır. Təhqiqat müddəti 10 gündür. İki gün sonra müddət başa çatır, amma heç bir nəticə yoxdur", - Həsənli ailəsindən "AzadlıqRadiosu"na bildirilib.

Milli Şura sədrinin qızı şikayətlərində atasının siyasi fəaliyyətinə görə təxribata məruz qaldığını vurğulayıb. O, özünü Allahverdiyev Mahir Nizami oğlu kimi təqdim edən şəxslə görüşdüyü binanın girişində, restoranlarda olan videokameraların görüntülərinin alınıb araşdırılmasını, bir nüsxəsinin də ona təqdim olunmasını istəyib: "Şikayətlərdə bu təxribatın birbaşa iştirakçısı ilə yanaşı, onu quranların hamısının müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Uşaqların telefonlarına (Günel Həsənlinin övladları-red.) intim xarakterli videoları göndərən şəxslərin də müəyyənləşdirilib cəzalandırılması tələbi şikayətdə əksini tapıb. Proseslərin gedişi göstərir ki, heç nə eləmək istəmirlər. Bir müddət sonra gəlib deyəcəklər ki, kamera görüntüləri yoxdur, silinib..."

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna bildirib ki, Günel Həsənlinin müraciəti əsasında araşdırma gedir: "Müraciət edib, araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə özünə məlumat veriləcək. Əlavə şərhim yoxdur".

AzadlıqRadiosu Günel Həsənlinin şəxsi həyatı ilə bağlı videolarda adı keçən və Mahir Allahverdiyev kimi təqdim olunan şəxslə əlaqə saxlayıb. O, ünvanına səslənən ittihamlarla bağlı suala belə cavab verib: "Sizə kim ixtiyar verib bu nömrəni yığmağa? Qarşı tərəf deyirsizsə, hüquq-mühafizə orqanları var. Ora şikayət eləyiblər, Allah qoysa, açıqlama olacaq. Nə dəqiqədə bir məni yığırsız? Sizin kimi 300 nəfər yığır. Sağ olun..."

Martın 29-da sosial şəbəkələrdə Günel Həsənlinin şəxsi həyatına aid videolar yayılıb. Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri ölkə rəhbərliyinin sifarişi ilə xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribat kimi qiymətləndirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo