Müxalifət "Pandora sənədləri" ilə bağlı Baş Prokurorluğa müraciət etdi
Turan
Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərləri Cəmil Həsənli və Əli Kərimli "Pandora sənədləri" beynəlxalq jurnalist araşdırması ilə bağlı ölkənin baş prokuroru Kamran Əliyevə müraciət ediblər.
"Turan"ın məlumatına əsasən, müxalifət təmsilçiləri Baş Prokurorluqdan hərtərəfli və obyektiv araşdırma tələb edir.
"Pandora sənədləri"nə əsasən, Azərbaycan Prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıb.
Cəmil Həsənli və Əli Kərimli xatırladırlar ki, əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adları "pulların yuyulması", vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda adları keçib.
2017 - ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib. Həmin materiala görə, ölkədən 3 milyard dollar çıxarılıb və yuyulub.
Demokratik Qüvvələrin Milli Şurası və Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edirlər ki, Baş Prokurorluq göstərilən faktlarla bağlı cinayət işi açmalı, hərtərəfli və obyektiv araşdırma aparmalıdır.
Müraciətdə qanunvericiliyin konkret maddələri göstərilir və deyilir ki, prokurorluq yuxarıda qeyd olunan hallarda araşdırma aparmağa borcludur. Xatırladaq ki, bundan öncə Müsavat Partiyası da analoji müraciətlə çıxış edib, amma müraciətə heç bir reaksiya verilməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”