Siyasət

Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

5 Fevral, 2026
269

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. 

Fevralın 4-də ilk iclasını keçirilən komitəyə Milli Şuranın sədri Cəmil Həsənli və hüquq müdafiəçisi Leyla Yunus həmsədr seçilib. 

Komitə ilk bəyanatında Ə.Kərimliyə qarşı ittihamların siyasi sifariş olduğunu bildirib. 

"Əli Kərimli 20 ildən artıqdır xaricə çıxış hüququndan məhrum edilmiş, rəhbərlik etdiyi partiyanın ofisləri məhkəmə qərarı olmadan bağlanmış  və ya fəaliyyət imkanları məhdudlaşdırılmış, hətta partladılmışdır. Sadalanan faktlar göstərir ki, Əli Kərimliyə qarşı qaldırılmış cinayət işi hüquqi deyil, siyasi xarakter daşıyır, onun özünün və liderlik etdiyi partiyanın fəaliyyəti ilə birbaşa bağlıdır. Müdafiə Komitəsi iki aydan artıq davam edən həbs qətimkan tədbiri dövründə heç bir ciddi istintaq hərəkətinin aparılmamasını, ittihamın hər hansı sübut təqdim etməməsini bu işin qanuni əsaslardan uzaq, siyasi motivli olması, Əli Kərimlinin azadlığının məqsədli və qanunsuz olaraq məhdudlaşdırması kimi qiymətləndirir", - deyə qeyd olunub. 

Müdafiə komitəsi Azərbaycan hakimiyyətindən Ə.Kərimlini və onunla birgə həbs olunmuş AXCP Ali Məclisinin katibi Məmməd İbrahimi azad etməyə çağırıb. 

Ə.Kərimli və M.İbrahim ötən il dekabrın 1-də həbs olunublar. 

Onlar sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə əlbir olaraq hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurlar. 

R.Mehdiyevə qarşı ötən ilin oktyabrında eyni ittihamla cinayət işi açılıb, barəsində ev dustaqlığı qərarı verilib. 

Habelə, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilmək üçün Türkiyədə saxlanılıb. Sabiq baş nazir müavini Abbas Abbasov barəsində isə axtarış elan olunub. 

R.Mehdiyevin və A.Abbasovun ittihamlara münasibəti məlum deyil. 

Digərləri isə ittihamları rədd edir, müxalif fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo